Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

Azərbaycanda istismar müddətini başa vurmuş nəqliyyat vasitələrinə yaş limitinin tətbiqi məsələsi yenidən gündəmin əsas mövzusuna çevrilib.

Bu addım həm ekoloji mühitin saflaşdırılması, həm də yollardakı qanlı qəzaların qarşısının alınması məqsədilə müzakirə olunsa da, xüsusilə köhnə maşın sahibləri arasında müəyyən narahatlıqlar yaradıb. Çoxları bu qərarın büdcələrinə ciddi zərbə vuracağını düşünür.

Bizim.Media xəbər verir ki, nəqliyyat eksperti Yasin Mustafayev məsələ ilə bağlı Demokrat.az-a danışarkən bildirib ki, hazırda köhnə avtomobillərə yaş limiti tətbiq ediləcəyi barədə hələ dəqiq bir qərar yoxdur. Bununla belə, ekspert hesab edir ki, vaxtı keçmiş texnikaların yollardan çəkilməsi qaçılmazdır.
 

“Lakin çox köhnə avtomobillərin yığışdırılması ölkə üçün müsbət və faydalı bir addım olardı. Bu, həm yol təhlükəsizliyinin təmin olunması, həm də sürücülərin və digər yol istifadəçilərinin həyatının qorunması baxımından vacibdir”, – deyə o vurğulayıb.


Reallıq isə ondan ibarətdir ki, paytaxtdan fərqli olaraq, bölgələrdə mənzərə tam başqadır. Rayon və kənd yerlərində sovet dövründən qalma maşınlar hələ də əsas nəqliyyat vasitəsi hesab olunur. Ekspert də bu məqama toxunaraq qeyd edib ki, insanlar həmin avtomobillərdən gündəlik həyatlarında, şəxsi işlərində və təsərrüfat fəaliyyətlərində geniş istifadə edirlər.

Onun sözlərinə görə, həmin texnikalar uzaq və çətin relyefli ərazilərdə hələ də insanların köməyinə çatır. Ancaq bu, onların təhlükəli olduğu həqiqətini dəyişmir. Yasin Mustafayev əlavə edib ki, “onların texniki vəziyyəti kifayət qədər zəifdir və müasir yol-nəqliyyat təhlükəsizlik standartlarına cavab vermir”.

Əsas problem isə texniki detalların köhnəlməsidir. Mühərrikdən tutmuş əyləc sisteminə qədər hər bir hissənin müəyyən bir ömrü var. İstismar müddəti dolmuş maşınlarda bu sistemlərin hər an sıradan çıxma ehtimalı yüksəkdir.
 

“Bu, həm sürücülər, həm də yol hərəkətində iştirak edən digər şəxslər üçün potensial təhlükə yaradır. Belə avtomobillərin davamlı istifadəsi qəza riskini artırır və yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını yüksəldir”, – deyə ekspert xəbərdarlıq edib.


Görünən odur ki, köhnə avtomobillərin yığışdırılması sadəcə bir qadağa deyil, həm də insanların təhlükəsizliyini sığortalamaq cəhdidir. Müasir standartlara uyğun nəqliyyat vasitələrinə keçid həm ekologiya, həm də insan həyatı üçün vacibdir.

Hazırda müzakirə mərhələsində olan bu qərarın yaxın gələcəkdə hansı formada icra ediləcəyi isə hələlik sual altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

Bu gün Aşuradır

Bu gün Aşuradır

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

“Şəfa” klubunda ilk legioner

“Şəfa” klubunda ilk legioner

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi

İmtahanda ən yüksək nəticə göstərənlərdən Aysu və Əlinin FOTOSU

İmtahanda ən yüksək nəticə göstərənlərdən Aysu və Əlinin FOTOSU

“Telegram”da YENİLİK: Tam ekranlı mətn redaktoru istifadəyə verildi - FOTO

“Telegram”da YENİLİK: Tam ekranlı mətn redaktoru istifadəyə verildi - FOTO

End of content

No more pages to load

RADİO