Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi - VİDEO

Sosial şəbəkələrdə fəaliyyət göstərən "Smart Saat" adlı onlayn mağazadan planşet alan vətəndaş aldığı məhsulun sifariş etdiyindən fərqli olduğunu deyib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Baku TV-yə şikayət edib.

Onun sözlərinə görə, ötən il noyabrın 29-da mağazanın "Instagram" səhifəsində planşet gördükdən sonra satıcı ilə əlaqə saxlayıb və bir terabaytlıq məhsulun olub-olmaması ilə maraqlanıb.

Satıcıdan müsbət cavab aldıqdan sonra həmin gün sifariş rəsmiləşdirilib. Lakin vətəndaş bildirir ki, planşeti istifadə edərkən məhsulun texniki göstəricilərinin uyğun olmadığını aşkar edib:

"Qeydiyyat zamanı hiss etdim ki, problem var. Sonra baxdım ki, məhsul 512 giqabaytdır. Mən isə bir terabaytlıq istəmişdim".

Şikayətçi qeyd edir ki, məhsuldan narazı qaldığını mağazaya dəfələrlə bildirib və planşeti geri qaytarmaq istəyib. Onun sözlərinə görə, mağaza əməkdaşları bunu qəbul etməyiblər:

"Heç olmasa, qiymətini aşağı salın" dedim. Dedilər ki, açılmış məhsul geri qaytarılmır".

Vətəndaş iddia edir ki, planşeti mağazaya apararaq qaytarmaq istədikdə isə daha sərt münasibətlə üzləşib:

"Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq. Ona görə də mağazaya daxil olduğum andan çıxana qədər hər şeyi videoya çəkdim".

Onun iddiasına görə, daha sonra məhsul mağazanın qarşısında ağacın dibinə qoyulub və bu barədə ona foto göndərilib:

"Planşeti ağacın dibinə qoyub şəklini çəkib göndəriblər ki, gəlin, məhsulunuzu götürün".

"Smart Saat" onlayn mağazasının əməkdaşı isə əvvəlcə məhsulun çölə qoyulması ilə bağlı iddiaları təkzib edib. Lakin bir qədər sonra verdiyi açıqlamada planşetin mağazadan çıxarılaraq çölə qoyulduğunu etiraf edib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlayn ticarətdə bu cür hallara tez-tez rast gəlinir:

"Onlayn platformalarda cəlbedici reklamlar edilir, lakin məhsullar reklamlara uyğun olmur. İstehlakçı pulu ödəyir, lakin mal gələndə onu qaytarmaq və ya dəyişmək problemə çevrilir".

Ekspert vurğulayıb ki, qanunvericiliyə əsasən, istehlakçı onlayn ticarətdə də hüquqlara malikdir:

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna görə, istehlakçı tələbatını ödəməyən məhsulu 14 gün müddətində dəyişmək və ya geri qaytarmaq hüququna malikdir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Müğənni Lətifə aparıcı olacaq

Müğənni Lətifə aparıcı olacaq

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Goranboyda qəza olub, xəsarət alanlar var

Goranboyda qəza olub, xəsarət alanlar var

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

End of content

No more pages to load

RADİO