Kanal D-nin məşhur "Uzak Şehir" serialında Ozan Akbaba və Sinem Ünsal ilə birlikdə rol alan Atakan Özkaya və Dilin Döğer bir müddətdir ki, eşq yaşayırlar. Məşhur cütlük zaman-zaman sosial şəbəkələrdə romantik fotolar paylaşır; Dilin Döğer isə bu yaxınlarda diqqətçəkən bir şəkil yayımlayıb.
Bizim.Media xəbər verir ki, İnstagram-da bir milyon izləyicisi olan gözəl aktrisa tünd göy rəngli futbolka və ona uyğun mini ətəkdə güzgü qarşısında selfi çəkdirib.
Geyimini mirvari detallı boyunbağı ilə tamamlayan Dilin Döğer tərzi ilə izləyicilərinin böyük bəyənməsini qazanıb.

Bizim.Media