Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur

Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB ölkələri arasında 1-ci, dünyanın 141 ölkəsi arasında isə 24-cü yerdə qərarlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2025-ci il ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyilib.

Bildirilib ki, 2025-ci il ərzində 110,8 kilometr respublika əhəmiyyətli, 153,1 kilometr yerli əhəmiyyətli, 93,8 kilometr Bakı şəhər yolları, 66 kilometr Gəncə şəhər yolları və 17 kilometr Şəki şəhər yolları olmaqla, ümumilikdə 440,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

İşğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlar çərçivəsində ümumi uzunluğu 3 min 720,5 kilometr təşkil edən 64 adda avtomobil yolunun tikintisi və 1 hava limanının inşası üzrə layihələr icra edilir. Agentlik tərəfindən 2020-ci ildən indiyədək ümumi uzunluğu 1338,4 kilometr olan 17 avtomobil yolunun tikintisi tam, 1 layihənin icrası isə qismən başa çatdırılıb.
Hazırda avtomobil yolları üzərində ümumi uzunluğu 70,9 kilometr olan 47 tunelin, ümumi uzunluğu 9581,6 paqonmetr olan 447 körpünün və 3871 paqonmetr uzunluğunda 16 viadukun tikintisi aparılır.

Ümumi uzunluğu 66,9 kilometr olan 37 tuneldə qazma işləri tamamlanıb, 13,6 kilometr uzunluğunda 7 tunel isə artıq istifadəyə verilib.

Bununla yanaşı, ümumi uzunluğu 8839,1 paqonmetr olan 392 körpünün və 1965 paqonmetr uzunluğunda 9 viadukun tikintisi başa çatdırılıb.

2015–2025-ci illər ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 10 min 826,9 kilomertr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 129 yeni körpü, 40 yol ötürücüsü, 8 avtomobil tuneli, 52 yeraltı və yerüstü piyada keçidi tikilib, həmçinin 53 körpüdə təmir işləri aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tarixi qələbədən sonra bu günü tətil elan etdilər – Video

Tarixi qələbədən sonra bu günü tətil elan etdilər – Video

Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər - Səbəb nə idi?

Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər - Səbəb nə idi?

Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

Nazirdən sertifikasiyada uğursuz nəticə göstərən müəllimlərlə bağlı AÇIQLAMA

Nazirdən sertifikasiyada uğursuz nəticə göstərən müəllimlərlə bağlı AÇIQLAMA

Ağsu “perevalı”na “bomba” qoyan keçmiş məhkum həbs olundu

Ağsu “perevalı”na “bomba” qoyan keçmiş məhkum həbs olundu

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Dövlət dəstəyi fermerlərin çəltikçiliyə marağını artırıb – FOTO-VİDEO

Dövlət dəstəyi fermerlərin çəltikçiliyə marağını artırıb – FOTO-VİDEO

Müəllimlərin əməkhaqqısı ilə bağlı ŞAD XƏBƏR

Müəllimlərin əməkhaqqısı ilə bağlı ŞAD XƏBƏR

İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI AÇIQLANDI

Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO

Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi – FOTO

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi – FOTO

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna START VERİLİR

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna START VERİLİR

Partlayışda xəsarət alanlar ukraynalı biznesmen və ailə üzvləri imiş... – DETALLAR

Partlayışda xəsarət alanlar ukraynalı biznesmen və ailə üzvləri imiş... – DETALLAR

Xarkovda azərbaycanlı tələbə qız həyatını itirdi - FOTO

Xarkovda azərbaycanlı tələbə qız həyatını itirdi - FOTO

Birini üç günə tikir, 20 minə satır – VİDEO

Birini üç günə tikir, 20 minə satır – VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Paris Fransadakı istilərə görə ABŞ-ı ittiham etdi

Paris Fransadakı istilərə görə ABŞ-ı ittiham etdi

Zərgərlər Trampa 321 brilyantlı üzük hədiyyə etdilər – FOTO

Zərgərlər Trampa 321 brilyantlı üzük hədiyyə etdilər – FOTO

Britaniyada miqrantlarla bağlı qaydalar sərtləşdi

Britaniyada miqrantlarla bağlı qaydalar sərtləşdi

Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO

Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO

Trampdan ABŞ-ın yanacaq şirkətlərinə kəskin xəbərdarlıq: "Qiymətləri aşağı salın”

Trampdan ABŞ-ın yanacaq şirkətlərinə kəskin xəbərdarlıq: "Qiymətləri aşağı salın”

40 ildir Məkkədə qalıb – Ölkəsinə qayıda bilmir – VİDEO

40 ildir Məkkədə qalıb – Ölkəsinə qayıda bilmir – VİDEO

İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü

İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü

Çörək almağa gedən gənc qız itkin düşdü

Çörək almağa gedən gənc qız itkin düşdü

End of content

No more pages to load

RADİO