Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Yaxın günlərdə şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

General vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin müəyyən edilməsinə 30 illik işğal dövründə ərazilərin mina və partlamamış hərbi sursatlarla həddindən artıq çirkləndirilməsi, həyata keçirilmiş vandalizm nəticəsində infrastrukturun, yaşayış məntəqələrinin, landşaftın, relyefin, hətta məzar yerlərinin dağıdılması halları ilə yanaşı, Ermənistan tərəfinin dəfn yerləri barədə məlumatları təqdim etməməsi də ciddi təsir göstərir.
 
O bildirib ki, 44 günlük müharibədən sonra mətbuata müsahibələr vermiş yüksək rütbəli Ermənistan hərbçiləri, o cümlədən vaxtilə Ermənistan Müdafiə nazirinin müavini, sonradan Ermənistan Parlamentinin deputatı olmuş general Qaqik Melkonyan, Samvel Babayan və digərləri itkin düşmüş Azərbaycan hərbçilərinin dəfn yerləri barədə məlumatlarının olduğunu dəfələrlə bildirsələr də, həmin məlumatlar hələ də Azərbaycan tərəfinə təqdim edilmir.

"Hətta Ermənistanın Müdafiə nazirinin müavini olmuş general Manvel Qriqoryan mətbuata verdiyi müsahibələrdə azərbaycanlı əsirləri şəxsən saxladığını etiraf etməkdən belə çəkinməyib.

Hesab edirik ki, bütün bunlar hamılıqla qəbul edilmiş humanizm prinsiplərinə zidd olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarına təhdiddir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pit Heqsetin hərəkətləri Pentaqonda qalmaqala səbəb oldu - DETALLAR

Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin NƏZƏRİNƏ

Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?

Peruda devrilmiş dövlət başçısının qızı prezident SEÇİLDİ

“Dünyanın ən gözəl qızı” evləndi – FOTO

“Dünyanın ən gözəl qızı” evləndi – FOTO

Pensiya, müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR - FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Nazir: “Həftədə 8 saat dərs deyən müəllimə 1500 manat əməkhaqqı verə bilmərik”

Bizim.Media YAZDI - Səməd Vurğunun köhnə barelyefi YENİLƏNDİ - FOTO

Bəzi müəllimlər sertifikasiyada iştirak etməyəcəklər – RƏSMİ

Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir

Emin Əmrullayev: “Məqsədimiz müəllimləri işdən çıxarmaq deyil”

Tarixi qələbədən sonra bu günü tətil elan etdilər – Video

Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər - Səbəb nə idi?

Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

Nazirdən sertifikasiyada uğursuz nəticə göstərən müəllimlərlə bağlı AÇIQLAMA

Ağsu “perevalı”na “bomba” qoyan keçmiş məhkum həbs olundu

Ağsu “perevalı”na “bomba” qoyan keçmiş məhkum həbs olundu

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Dövlət dəstəyi fermerlərin çəltikçiliyə marağını artırıb – FOTO-VİDEO

Müəllimlərin əməkhaqqısı ilə bağlı ŞAD XƏBƏR

İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI AÇIQLANDI

Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi – FOTO

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna START VERİLİR

End of content

No more pages to load

RADİO