Paris rəhbərliyi Fransanı cənginə alan anomal isti hava şəraitinə görə məsuliyyətin bir hissəsini birbaşa Amerika Birləşmiş Ştatlarının üzərinə qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "GB News" telekanalı yayıb.
Paris merinin müavini avropalıları evlərində kondisioner olmadığı üçün tənqid və lağlağı edən amerikalı jurnalistləri, eləcə də blogerləri sərt şəkildə qınayıb.
O qeyd edib ki, bu növ yanaşmalar iqlim dəyişikliyinin daha geniş və qlobal kontekstini tamamilə qulaqardına vurur.
Mer müavininin sözlərinə görə, ABŞ dünyada istixana qazı tullantılarının ən böyük mənbələrindən biri kimi qlobal istiləşməyə və onun fəsadlarına görə birbaşa məsuliyyət daşıyır.
O, Avropada müşahidə olunan ekstremal hava şəraitinin və anomal istilərin məhz bu qlobal ekoloji fəaliyyətin nəticəsi olduğunu vurğulayıb.
Bizim.Media