Dövlət dəstəyi fermerlərin çəltikçiliyə marağını artırıb – FOTO-VİDEO

Lənkəran rayonunda ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçiliyin inkişafı istiqamətində işlər uğurla davam edir. Hazırda rayonda çəltik əkini yekunlaşmaq üzrədir və fermerlər sahələrdə son işləri görürlər. Əlverişli hava şəraiti və su təminatının qənaətbəxş olması əkin kampaniyasının vaxtında aparılmasına şərait yaradıb.

Bizim.Media xəbər verir ki, son illər dövlət dəstəyi, fermerlərə verilən subsidiyalar, güzəştli kreditlər və müasir texnikanın tətbiqi bu sahəyə marağı xeyli artırıb.

Nəticədə çəltik zəmiləri ildən-ilə genişlənir. Cari mövsümdə də əvvəlki illərlə müqayisədə daha çox ərazi əkinə cəlb olunub - fermerlər həm mövcud sahələri genişləndirib, həm də uzun illər istifadəsiz qalan torpaqları yenidən dövriyyəyə daxil ediblər. Artıq bir sıra kəndlərdə əkin başa çatıb və becərmə işlərinə başlanılıb.
 

Mütəxəssislər bildirirlər ki, müasir aqrotexniki qaydalara əməl olunması, keyfiyyətli toxum sortlarından istifadə və düzgün suvarma məhsuldarlığı birbaşa yüksəldən amillərdir. Bu il hava şəraiti də əkin üçün əlverişli keçir deyə, bol məhsul əldə olunacağına ümidlər artıb.


2014-cü ildən Azərbaycanda çəltikçiliklə məşğul olan türk aqronom Abdullah Gezginin sözlərinə görə, fəaliyyətə cəmi 20 hektarla başlasalar da, hazırda əkin sahəsi 200 hektara çatır. Gələcəkdə isə təsərrüfat sahəsini 300–400 hektara çatdırmağı planlaşdırır.

Aqronom qeyd edib ki, çəltikçilikdə əsas işlər aprel ayında torpağın hazırlanması ilə başlayır.

Torpaq şumlanır, lazer hamarlaması aparılır və may ayında səpin həyata keçirilir. Onun sözlərinə görə, təsərrüfatda səpin əsasən səpmə üsulu ilə aparılır və bu üsul daha yüksək məhsuldarlıq verir.

Abdullah Gezgin vurğulayıb ki, səpindən sonra sahələrə müntəzəm aqrotexniki qulluq göstərilməli, gübrələmə və digər becərmə tədbirləri vaxtında həyata keçirilməlidir. Əks halda yüksək məhsuldarlıq əldə etmək mümkün olmur. Onun sözlərinə görə, əlverişli hava şəraiti olduqda hər hektardan 8–10 ton məhsul götürmək mümkündür. Məhsuldarlığa hava şəraiti, xüsusilə də temperatur ciddi təsir göstərir.
 

“Hazırda təsərrüfatımızda həm yerli, həm də xarici sortlar becərilir. Gələcəkdə İtaliyadan aromatik uzun dənli, Türkiyədən isə yüksək məhsuldar sortların gətirilməsini nəzərdə tuturuq", - deyə o əlavə edib.


Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Ceyhun Bağırov isə qeyd edib ki, 2026-cı il üçün rayonda 820 hektar sahədə çəltik əkini proqnozlaşdırılır:

"Artıq 700 hektardan çox sahədə əkin aparılıb və yaxın günlərdə proses tam yekunlaşacaq. Rayonda əsasən “Haşimi”, “Apollo”, “Avantqard”, “Zəfər” və digər məhsuldar sortlar becərilir".

Lənkəranda çəltikçiliyin inkişafı təkcə bölgə üçün deyil, bütövlükdə ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili bazarın keyfiyyətli düyü ilə təminatı və fermerlərin gəlirlərinin artması baxımından strateji əhəmiyyət daşıyır. Bu potensial özünü son illərin statistik göstəricilərində də aydın göstərir.

Belə ki, 2025-ci ildə rayonda 780,2 hektar sahədə əkin işləri aparılıb və hər hektardan orta hesabla 45 sentner (4,5 ton) məhsul götürülməklə, ümumilikdə 2781,2 ton çəltik istehsal edilib.

Bu dinamikanı daha da sürətləndirmək məqsədilə yaxın illərdə Lənkəranda çəltik zəmilərinin sahəsinin 1500 hektara, ümumi məhsul istehsalının isə 10 min tona çatdırılması hədəflənir. Mütəxəssislərin hesablamalarına görə, bu hədəfə nail olunması Azərbaycanın düyü idxalından asılılığını 18,2 faiz azaldacaq.

Bu məqsədlə rayonda yeni torpaq sahələrinin hazırlanması və xüsusi suvarma infrastrukturunun genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir.

Bu genişmiqyaslı planlar həm də möhkəm hüquqi və iqtisadi bazaya söykənir. Qeyd edək ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda Lənkəran-Astara iqtisadi rayonunda çəltikçiliyin genişləndirilməsi əsas prioritetlərdən biri kimi təsbit olunub. Fermerlər inanırlar ki, proqram çərçivəsində göstərilən dövlət dəstəyi və tətbiq edilən yeni texnologiyalar sayəsində Lənkəran çəltiyi öz əvvəlki şöhrətini tam bərpa edərək ölkənin əsas düyü istehsalı mərkəzinə çevriləcək. (Azərtac)











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO