Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Zəngəzur dəhlizini müzakirə etdilər

ABŞ-dakı Azərbaycan və Ermənistan səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan "Tramp Marşrutu" (Zəngəzur dəhlizi – red.) təşəbbüsünə - "Trump Route for International Peace and Prosperity" (TRIPP) həsr olunmuş dəyirmi masada iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Amerika-Azərbaycan Ticarət Palatası ("United States–Azerbaijan Chamber of Commerce" - USACC) yayıb. 
 

USACC tərəfindən təşkil edilən tədbirdə Vaşinqtonda Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan səfirləri, həmçinin ABŞ hökumətinin yüksək rütbəli nümayəndələri və biznes nümayəndələri də iştirak ediblər.


Görüş zamanı tərəflər TRIPP təşəbbüsünün regional əlaqələrin möhkəmləndirilməsində və Orta Dəhliz boyu ABŞ-nin davamlı iqtisadi mövcudluğunun təmin edilməsində rolunu müzakirə ediblər.

"ABŞ administrasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında avqustda əldə edilmiş sülh razılaşması tarixi irəliləyişi təmin edib. TRIPP - bu razılaşmanın dayanıqlığını təmin etmək, tranzit marşrutunu ümumi rifahın mühərrikinə çevirmək üsuludur", - ABŞ Dövlət Departamentinin İdarəetmə İdarəsinin direktoru və sülh missiyaları üzrə xüsusi elçisi Vinay Çavla bildirib.

X.İbrahim qeyd edib ki, cari ilin avqustunda Vaşinqtonda liderlərin sammiti regional sülh prosesinin irəliləməsində tarixi rol oynayıb:

"Azərbaycan uzun müddətdir qarşılıqlı əlaqə və əməkdaşlıq prinsiplərini irəli sürür, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə möhkəm tərəfdaşlıq münasibətləri qurur. Orta Dəhlizin əsas komponenti kimi TRIPP layihəsini uğurlu həyata keçirmək vacibdir".

Ermənistan səfiri vurğulayıb ki, TRIPP təşəbbüsü Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlar üçün real faydalı olacaq:

"Azərbaycanlı həmkarlarımızla konstruktiv qarşılıqlı əlaqəni, eləcə də müzakirələrin konkret inkişaf layihələrinə keçməsi faktını alqışlayıram. Belə praktiki əməkdaşlıq real iqtisadi və sosial nəticələrə nail olmaq üçün vacibdir". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran müharibəsi ABŞ-a neçəyə başa gəlib? - Pentaqon AÇIQLADI

İran müharibəsi ABŞ-a neçəyə başa gəlib? - Pentaqon AÇIQLADI

Tiktoker "Eliş"ə hökm oxundu

Tiktoker "Eliş"ə hökm oxundu

Sabah bəzi ərazilər qazsız qalacaq

Sabah bəzi ərazilər qazsız qalacaq

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib - FOTO

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib - FOTO

Göyçayda QƏTL: arvadını qısqanıb öldürdü

Göyçayda QƏTL: arvadını qısqanıb öldürdü

Böyük Britaniya səfiri Azərbaycan xalqına təşəkkür etdi - VİDEO

Böyük Britaniya səfiri Azərbaycan xalqına təşəkkür etdi - VİDEO

Qusarda suvarma suyu və infrastruktur məsələləri müzakirə edilib - FOTO

Qusarda suvarma suyu və infrastruktur məsələləri müzakirə edilib - FOTO

Sabah yolu bu küçələrdən keçənlərin DİQQƏTİNƏ!

Sabah yolu bu küçələrdən keçənlərin DİQQƏTİNƏ!

Krallığın ölkəmizdəki səfiri nazirə minnətdarlığını bildirdi - FOTO

Krallığın ölkəmizdəki səfiri nazirə minnətdarlığını bildirdi - FOTO

Qarabağ Universitetinin klinikasında təcili yardım xidməti açılacaq

Qarabağ Universitetinin klinikasında təcili yardım xidməti açılacaq

Fariz Rzayev Afinada mühüm diplomatik görüş keçirdi

Fariz Rzayev Afinada mühüm diplomatik görüş keçirdi

Böyük Britaniyada nazir Kir Stramerə görə istefa verdi - FOTO

Böyük Britaniyada nazir Kir Stramerə görə istefa verdi - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

End of content

No more pages to load

RADİO