Qazaxıstan Milli Bankı Qızıl Ordanın şərəfinə kolleksiya gümüş sikkəsini dövriyyəyə buraxıb.
Bizim.Media xəbər verir ki, “Altyn Orda” adlı sikkə 925 əyarlı gümüşdən hazırlanıb və üzəri qızılla işlənib.
Sikkənin çəkisi 62,2 qram, diametri isə 50 millimetrdir. Onun nominal dəyəri 2 min təngə təşkil edir.
Milli Bankın məlumatına görə, sikkə Qazaxıstan Sikkəxanasında hazırlanıb və tirajı 1000 ədəddir.
Qeyd olunub ki, sikkə Qazaxıstan ərazisində nominal dəyəri ilə bütün ödənişlər üzrə qəbul edilməli, həmçinin bank hesablarına mədaxil, köçürmə, xırdalama və dəyişdirmə əməliyyatlarında istifadə oluna bilər.
Bizim.Media