İsrail Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemləri və onları idarə edəcək şəxsi heyət göndərib.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib.
O, “İbrahim sazişləri”nin ilk iştirakçısı olan BƏƏ-yə təşəkkürünü ifadə edib.
“Üstünlüklərə baxın: İsrail indicə onlara “Dəmir günbəz” batareyaları və onların istismarına kömək edəcək personal göndərib”, - deyə Hakabi qeyd edib.
Səfir əlavə edib ki, yaxın vaxtlarda regionun yeni ölkələrinin də “İbrahim sazişləri”nə qoşulacağına nikbin yanaşır.
Qeyd edək ki, 2020-ci ildə imzalanan “İbrahim sazişləri” İsraillə bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşmasını nəzərdə tutur.
Saziş çərçivəsində Bəhreyn də İsraillə rəsmi münasibətlər qurub.
Bizim.Media