BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

1952-ci ilin bu günündə M.F. Axundov adına Azərbaycan Dillər Pedaqoji İnstitutu (indiki BSU) yaradılıb.

20 dekabrda daha hansı əlamətdar hadisələr baş verib?

1. 20 dekabr 1522-ci ildə Qanuni Sultan Süleymanın komandanlığındakı Osmanlı ordusu Rodosu fəth edib. Rodos, 11 ada və Bodrumun Osmanlı dövlətinə daxil olması Aralıq dənizində ticarət gəmilərinin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyırdı.

2. 1699-cu ilin bu günündə I Pyotr Rusiyada yeni ilin 1 sentyabrda deyil, 1 yanvarda qeyd edilməsi barədə fərman verib.

3. 20 dekabr 1873-cü ildə Türkiyənin Dövlət himninin sözlərinin müəllifi Mehmet Akif Ersoy (1873-1936) anadan oldu. Himnin mətni 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq edildi.

4. 1879-cu ilin bu günündə məşhur fizik Tomas Edison közərmə lampasını təqdim edib.

5. 20 dekabr 1915-ci ildə Çanaqqalada Türk ordusunu keçə bilməyərək məğlub olan ingilis-Anzak qüvvələri Anafartalar və Arıburnu bölgəsini boşaldıb. Müttəfiq qüvvələrin 9 yanvar 1916-cı ildə Səddülbahir bölgəsindən çəkilməsilə Çanaqqalada Türkiyə ordusunun zəfəri təsdiqləndi.

6. 20 dekabr 1942-ci ildə Tokat vilayətinin Erbaa və Niksar qəsəbələrində 7 bal gücündə zəlzələ baş verdi. Təbii fəlakət nəticəsində minlərlə binaya ziyan dəydi, 3 minə yaxın insan həlak oldu.

7. 20 dekabr 1970-ci ildə Polşada qida qiymətinin artamasına etirazını bildirən işçilərə atəş edilməsi nəticəsində yüzlərlə insan yaralandı. Ölkədə ciddi böhran yaradan hadisədən sonra Kommunist Partiyasının lideri Qomulka istefasını vermək məcburiyyətində qaldı.

8. 20 dekabr 1987-ci ildə sərnişin gəmisi “Dona Paz” Filippinin Mindoro adası sahillərində bir tankerə çırpılıb. Partlayış və daha sonra baş verən yanğın nəticəsində 3 mindən çox insan ölüb.

9. 20 dekabr 1989-cu ildə ABŞ 25 min əsgərlə Panamaya müdaxilə etdi və Manuel Norieqa hakimiyyətdən getdi.

10. 1990-cı ilin 20 dekabrında SSRİ-nin Xarici İşlər naziri Eduard Şevardnadze gözlənilmədən istefaya gedib.

Bəs, bu gün hansı məşhurlar xatırlanır?

1. Türk yazar, hafiz, müəllim, Qurani-Kərimin tərcüməçisi, ictimai xadim Mehmet Akif Ərsoy 1873-cü ilin 20 dekabrında dünyaya göz açıb. O daha çox “İstiqlal marşı”nın sözlərinin müəllifi kimi məşhurdur.

2. 20 dekabr 1915-ci ildə Türk yazıçı Əziz Nesin anadan olub.

3. 1946-cı ilin 20 dekabrında azərbaycanlı aktyor və rejissor Heybət Hörmət dünyaya gəlib.

4. 1947-ci ilin bu günündə məşhur meyxana ustası Nizami Rəmzi doğulub.

5. 20 dekabr 1956-cı ildə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Əhmədov anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədov 1958-ci ilin məhz bu günündə dünyaya gəlib.

7. 20 dekabr 1968-ci ildə “Qəzəb salxımları” əsərinin müəllifi amerikalı yazıçı Con Steynbek həyatını itirdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

End of content

No more pages to load

RADİO