Qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi üçün müraciət müddəti YEKUNLAŞIR

Azərbaycanda qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi üçün sadələşdirilmiş prosedur üzrə müraciət müddəti yekunlaşmaqdadır.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Ölkə Prezidentinin 14 iyun 2023-cü il tarixli "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrasına başlanıldığı dövrdən indiyə qədər 5 557 daşınmaz əmlak obyektinin istismarına icazə verilib. Onlardan 4 196 obyekt üzrə mülkiyyət hüquqları dövlət reyestrində rəsmiləşdirilərək hüquq sahiblərinə çıxarış təqdim olunub. İstismarına icazə verilən obyektlərə çıxarışların təqdim olunması davam etdirilir.
 

Fərmana əsasən tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-nə qədər başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazə sənədinin verilməsi ilə bağlı müraciətlərin qəbulu Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində davam edir. 1 yanvar 2026-cı il tarixinə qədər sözügedən quruma müraciət edən obyekt sahibləri sadələşdirilmiş prosedurdan yararlanmaq hüququna malik olacaqlar.


Bu prosedura əsasən, ilkin sənədlər təqdim edildikdən sonra müraciətlər xüsusi elektron portal üzərindən qeydiyyata alınır. Tələb olunan tam sənədlər paketinin təqdim edilməsindən sonra məlumatlar müvafiq müayinələrin aparılması üçün aidiyyəti dövlət qurumlarına yönləndirilir.

Aidiyyəti dövlət qurumlarının müsbət rəyi olarsa, obyektlərin istismarına icazə sənədi verilir.

Obyekt sahibləri bu sənəd əsasında çıxarışın alınması ilə bağlı müraciət edə bilərlər.

Obyektlərin qanuniləşdirilməsi sahibkarlara mülkiyyət hüquqlarının tam rəsmiləşdirilməsi, aktivlərin girov qoyulması yolu ilə maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, həmçinin təhlükəsizlik və istismar standartlarına uyğunluğun təmin edilməsi kimi mühüm üstünlüklər yaradır. Fərmanın icrası nəticəsində rəsmiləşdirilmiş qeyri-yaşayış obyektlərinin ümumi bazar dəyəri təxminən 4 milyard manat təşkil edir ki, bu da ölkə iqtisadiyyatına əlavə kapitallaşma və biznes fəaliyyətinin rəsmiləşdirilməsi baxımından əhəmiyyətli töhfədir.

Bununla yanaşı, adıçəkilən fərmanla Nazirlər Kabinetinə 2026-cı il 1 iyuna qədər istismar icazəsi olmayan qeyri-yaşayış binalarında torpaq və tikinti qanunvericiliyinin tələbləri pozularaq inşa edilməsindən yaranan problemlərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin təşkil olunması tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

“Zirə” Türkiyə klubuna uduzdu

“Zirə” Türkiyə klubuna uduzdu

End of content

No more pages to load

RADİO