Asiya İnkişaf Bankının dəstəyi ilə ADY-nin dekarbonizasiyası üzrə strateji layihəyə start verilib – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Asiya İnkişaf Bankı (AİB) arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə təqdim olununb. 

Bizim.Media xəbər verir ki, AİB-nin dəstəyi ilə həyata keçiriləcək layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləmək və dayanıqlı dəmir yolu sisteminə sürətlə transformasiyanı təşviq etmək məqsədi daşıyır. 
 

Bu istiqamətdə texniki, maliyyə, iqtisadi, ekoloji və sosial aspektlər ətraflı təhlil ediləcək. Yeni təşəbbüs ölkənin aşağıkarbonlu, müasir və rəqabətqabiliyyətli dəmir yolu sisteminə keçidini sürətləndirəcək.


ADY hazırda Qafqaz və Mərkəzi Asiyada AİB ilə hərtərəfli dekarbonizasiya proqramı həyata keçirən ilk dövlət dəmir yolu şirkətidir.

Tərəflər artıq “ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivə Sənədi”ni hazırlayıblar. Bu gün start verilən layihə həmin strateji çərçivənin praktiki tətbiqi ilə yanaşı, dəmir yolu infrastrukturunda bərpaolunan enerji üzrə tam strukturlaşdırılmış investisiya proqramının hazırlanmasını təmin edəcək.

Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına tullantıların monitorinqi və hesabatlılığı sahəsində potensialın gücləndirməsi və qurumun dekarbonizasiya prosesini sürətləndirmək üçün mövcud olan texnologiyalar üzrə imkanların müəyyən edilməsi istiqamətində, həmçinin bərpa olunan enerji mənbələrinin araşdırılımasında texniki dəstək göstərəcək. Bank həmçinin ESG prinsipləri, dayanıqlılıq təcrübələri və uyğunluq tələbləri üzrə seminar və təlim proqramlarının hazırlanmasında, eyni zamanda, regional tvinninq proqramlarının həyata keçirilməsində yaxından iştirak edəcək.

ESG prinsiplərinin tətbiqi çərçivəsində ADY-nin təşəbbüslərində gender bərabərliyinin təşviqi, inklüziv iş mühitinin formalaşdırılması, qərarların qəbul edilməsində və idarəetmədə qadınların təmsilçiliyinin artırılması da nəzərdə tutulub.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov layihənin “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri”ndə mühüm yer tutan dekarbonizasiya, rəqəmsallaşma, dəhliz rəqabətliliyi və təhlükəsizlik prioritetlərinin real fəaliyyətə transformasiyasında əhəmiyyətli rol oynadığını bildirib.

ADY sədrinin sözlərinə görə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində strateji tranzit mərkəzinə çevrildiyi bir vaxtda layihənin əhəmiyyəti xüsusilə böyükdür:

“Orta Dəhliz və Şimal–Cənub marşrutları üzrə yük daşımalarının artması dəmir yolu sisteminin səmərəlilik, etibarlılıq və ekoloji məsuliyyət baxımından gücləndirilməsini tələb edir – dekarbonizasiya isə məhz bu imkanları daha da artırır.”

Asiya İnkişaf Bankının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən layihə ölkənin dəmir yolu sektorunda dayanıqlı inkişafın təmin edilməsi baxımından mühüm addım hesab olunur. ADB tərəfindən ayrılmış 1,25 milyon ABŞ dolları həcmində texniki yardım dəmir yolu infrastrukturunda enerji səmərəliliyinin artırılması, elektrikləşdirmə prosesinin genişləndirilməsi və emissiyaların azaldılması istiqamətində aparılan hazırlıq işlərinə şərait yaradır.
 

Layihə çərçivəsində dizel əsaslı hərəkət tərkibindən mərhələli şəkildə imtina edilməsi, bərpa olunan enerji mənbələrinin, xüsusilə günəş enerjisinin stansiya və xidmət sahələrinə inteqrasiyası nəzərdə tutulur.


Dekarbonizasiya təşəbbüsü ADY üçün mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-yə qədər isə 40% azaltmaq üzrə milli hədəflərinə istiqamətində fəaliyyətini daha da gücləndirir. Ən təmiz nəqliyyat növü kimi ölkə üzrə ümumi emissiyalarda payının 0,5%-dən az olmasına baxmayaraq, ADY dekarbonizasiya təşəbbüslərini fəal şəkildə dəstəkləməyə davam edir.

Son illərdə ADY dekarbonizasiya üzrə təşəbbüslər çərçivəsində bir sıra vacib addımlar atıb. Belə ki, son bir ildə təbii qaz istehlakında 50% azalma qeydə alınıb, dəmir yolu şəbəkəsinin 63% elektrikləşdirilib, son dövrlərdə yükdaşımaların 80%-dən çoxu elektrik lokomotivlərlə həyata keçirilib. ADY-nin qabaqcıl texnoloji avadanlıqlarla təchiz olunmuş Biləcəri və Gəncə lokomotiv depolarında 650-dən çox günəş paneli quraşdırılıb və “yaşıl enerji”nin istehsalı 2023-cü illə müqayisədə 50% artıb.

Rəqəmsallaşma sahəsində əldə edilən irəliləyişlər də ADY-nin modernləşmə prosesinin ayrılmaz hissəsini təşkil edir.

AİB ilə əməkdaşlıq bu istiqaməti daha da möhkəmləndirir və şirkətə yük əməliyyatları üçün tam elektron sənəd dövriyyəsinin, həmçinin stansiya rəisləri, yük agentləri və çəki nəzarətçiləri üçün rəqəmsal imza sistemlərinin tətbiqinə imkan verir.

Dekarbonizasiya üzrə layihə bərpaolunan enerjinin inteqrasiyası, enerji saxlama texnologiyaları, əməliyyat səmərəliliyi və uzunmüddətli emissiya azaldılması strategiyalarını müəyyənləşdirmək üçün texniki-iqtisadi əsaslandırma həyata keçiriləcək. Nəzərdə tutulan tədbirlər dəmir yollarının “net-zero”, yəni tam karbonsuz nəqliyyat növü kimi formalaşmasına imkan verəcək. 

Qeyd edək ki, ADY-nin AİB və digər beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı infrastrukturun modernləşdirilməsinə, dəhlizlərin inkişafına və iqlim fəaliyyətininin optimallaşdırılmasına töhfə verməklə şirkətin regional möqeyini gücləndirir.  




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

“Zirə” Türkiyə klubuna uduzdu

“Zirə” Türkiyə klubuna uduzdu

End of content

No more pages to load

RADİO