Akademik İsa Həbibbəyli: “Türk dünyasının ənənəvi musiqi irsi elmi müstəvidə araşdırılmalıdır”

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda geniş açılış nitqi ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, o, tədbirin mahiyyəti və əhəmiyyəti barədə öz fikirlərini bölüşüb.
 

AMEA rəhbəri bildirib ki, simpoziumun əsas məqsədi Türk dünyasının zəngin musiqi folklorunun, xüsusilə balaban, zurna və saz kimi qədim musiqi alətlərinin tarixi köklərinin, mədəni kimlikdəki yerinin və kollektiv mədəni yaddaşdakı izlərinin elmi müstəvidə araşdırılması və müasir elmi yanaşmalar əsasında təqdim edilməsidir.


Akademik İsa Həbibbəyli Azərbaycan zurna–balaban məktəbinin görkəmli nümayəndəsi, ustad sənətkar Əli Kərimov (Kalvalı Əli Dədə) irsinin Türk dünyası kontekstində tədqiq olunmasının xüsusi elmi əhəmiyyət daşıdığını vurğulayıb. 

O, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində elmi ictimaiyyət üçün müəyyənləşdirdiyi strateji hədəflərə toxunaraq milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideyalarının möhkəmləndirilməsi və mədəni irsin daha geniş şəkildə təqdim edilməsinin vacibliyini diqqətə çatdırıb.

Qeyd edib ki, bu yanaşma tanınmış ifaçıların və sənət korifeylərinin irsinin dərindən öyrənilməsi və elmi əsaslarla təbliğini prioritet vəzifəyə çevirir.
 

AMEA prezidenti çıxışında bildirib ki, ölkədə folklorun müxtəlif sahələrinə və tədqiqat istiqamətlərinə həsr olunmuş çoxsaylı elmi konfranslar keçirilsə də, el sənətkarlarının və ənənəvi ifaçıların irsinin işıqlandırılmasına yönələn tədbirlər hələ də kifayət qədər deyil. 


Qarmon, zurna, balaban və qaval kimi milli musiqi alətlərinin daha fəal şəkildə tanıdılmasına ciddi ehtiyac var. Bu qədim sənət növlərinin yaşadılması və inkişafı üçün elmi yanaşmanın və elmi qurumların dəstəyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Akademik İsa Həbibbəyli Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndələrindən olan Kalvalı Əli Dədənin zurna, balaban və tütək kimi ənənəvi nəfəs alətlərinin mahir ifaçısı olduğunu söyləyib. Bildirib ki, 70-dən çox rəqs havasının müəllifi olan ustad sənətkar özünəməxsus ifa üslubu və zəngin yaradıcılığı ilə böyük bir məktəbin əsasını qoyub. Bu gün Kalvalı Əli Dədənin sənət ənənələrini yaşadanların sırasında həm onun davamçıları, həm də ailə üzvləri və nəslinin nümayəndələri yer alır.

AMEA rəhbəri Kalvalı Əli Dədənin 150  illiyinə həsr olunan simpoziumu ustad sənətkarın şəxsiyyətinə, yaşayan və davam edən böyük sənətinə Azərbaycan və Türk dünyası elmi ictimaiyyətinin ehtiramının ifadəsi kimi dəyərləndirib. O, beynəlxalq tədbirin Əli Dədənin timsalında Azərbaycanda bu gün də yaşayan, ifaçılıq sənətimizdə öz yeri olan zurna-balaban kimi qədim musiqi alətlərinin təşviq edilməsi baxımından önəmini vurğulayıb.
 

Akademik İsa Həbibbəyli simpozium çərçivəsində təqdim olunacaq məruzələrin bu sahəyə dair ölkəmizdə aparılan ilk elmi tədqiqatlar kimi xüsusi tarixi əhəmiyyətə malik olacağını qeyd edib. 


Bildirib ki, ənənəvi musiqi və ifaçılıq irsinin sistemli şəkildə araşdırılması folklorşünaslıq elmi üçün yeni perspektivlər açır.

Çıxışının sonunda AMEA prezidenti tədbirin həm tarixə yeni baxış gətirməsi, həm də zurna–balaban kimi ənənəvi sənət nümunələrinin yaşadılması məsələsini elmi gündəmə çıxarması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, simpozium iştirakçılarına uğurlar arzulayıb və bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Zirə” Türkiyə klubuna qalib gəldi

“Zirə” Türkiyə klubuna qalib gəldi

Belə paylaşımların 2000 manat cəriməsi var

Belə paylaşımların 2000 manat cəriməsi var

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Paytaxtın iki rayonunda işıq kəsiləcək

Paytaxtın iki rayonunda işıq kəsiləcək

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

DÇ-2026: İngiltərə millisi 1/8 finalda

DÇ-2026: İngiltərə millisi 1/8 finalda

Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu

End of content

No more pages to load

RADİO