Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

"Azərbaycanda avtomobil bazarında son aylarda ən çox tələb hibrid və elektrik mühərrikli avtomobillərə yönəlib. Bunun əsas səbəbi bu nəqliyyat vasitələrinin daha az yanacaq sərf etməsi və istismar xərclərinin nisbətən aşağı olmasıdır".

Bizim.Media xəbər verir ki, bunu “baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, xüsusilə yeni avtomobil almaq istəyən, lakin büdcəsini nəzərə alan alıcılar daha çox bu seqmentə üstünlük verirlər:

"Hibrid və elektrik avtomobilləri daha az yanacaq sərf etdiyinə və gündəlik istifadədə daha qənaətcil olduğuna görə bazarda onlara maraq artıb. Eyni zamanda, bəzi modellərin qiyməti benzin və dizel mühərrikli analoqları ilə müqayisədə daha əlçatan olduğundan yeni avtomobil almaq istəyən vətəndaşlar seçimlərini əsasən bu istiqamətdə edirlər.
 

Son bir ildə köhnə, istismarı baha başa gələn avtomobillərin qiymətində enmə müşahidə olunub. İl ərzində texniki baxımdan köhnəlmiş və saxlanılması daha çox xərc tələb edən avtomobillərin qiyməti orta hesabla 11-12 faiz ucuzlaşıb. Bunun fonunda isə hibrid və elektrik avtomobillərinin qiymətində artım qeydə alınıb.


2026-cı ilin əvvəlindən vergi və gömrük güzəştlərinin ləğvi, eləcə də bu avtomobillərə tələbin artması qiymətlərə təsirsiz ötüşməyib. Yanvar ayından etibarən tətbiq olunan dəyişikliklər, xüsusilə bəzi güzəştlərin ləğvi, logistika və idxal xərclərinin artması hibrid və elektrik avtomobillərinin maya dəyərini yüksəldib. Digər tərəfdən, bazarda bu avtomobillərə marağın artması da qiymətlərin bahalaşmasına səbəb olub".

AQC sədri əlavə edib ki, qiymət artımı bütün markalarda eyni səviyyədə deyil:

"Məsələn, Yaponiya istehsalı olan bəzi hibrid avtomobillərin qiymətində təxminən 5-14 faiz artım müşahidə olunur. Çin istehsalı olan modellərdə isə bu artım bəzi hallarda 20 faizə qədər yüksəlib. Burada həm logistika xərcləri, həm vergi dəyişiklikləri, həm də artan tələbat əsas rol oynayır."

Gələcəkdə bazarda müəyyən istiqamət dəyişikliyi baş verə bilər. Hazırda istehlakçılar daha çox hibrid və elektrik avtomobillərinə üstünlük verirlər. Lakin zaman keçdikcə bu avtomobillərin istismarı, batareyaların dəyişdirilməsi, texniki xidmət xərcləri və bəzi hallarda insanların sağlamlığına mümkün təsirləri ilə bağlı müzakirələr artdıqca alıcı davranışında dəyişiklik ola bilər. Bu amillər nəzərə alındıqda, benzin və dizel mühərrikli avtomobillərə marağın yenidən artacağını istisna etmirəm.

Bahalaşma davam edərsə, ikinci əl avtomobil bazarı da yenidən canlana bilər.

Əgər yeni avtomobillərin qiymətində artım davam etsə, insanlar daha çox ikinci əl avtomobillərə üz tutacaqlar. Burada söhbət texniki cəhətdən yararsız nəqliyyat vasitələrindən getmir. Bir neçə il istifadə olunmuş, texniki vəziyyəti yaxşı olan ikinci əl avtomobillərə tələbin artacağını düşünürəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

CBS News: Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

CBS News: Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

End of content

No more pages to load

RADİO