Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

İyulun 1-də Bakıda ABŞ-nin müstəqilliyinin elan olunmasının 250-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, ABŞ-nin ölkəmizdəki səfirliyinin təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-nin Dövlət himnləri səsləndirilib.

Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlon deyib ki, 250 il ərzində ABŞ azadlıq, innovasiya, sahibkarlıq və inkişaf prinsipləri üzərində formalaşıb.

Bu dəyərlər ölkənin iqtisadiyyatında, elmi nailiyyətlərində, mədəniyyətində və texnoloji tərəqqisində öz əksini tapıb.
 

Sülhün siyasi cəsarət və uzaqgörən liderlik tələb etdiyini deyən Emi Karlon qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi Sülh Sammitində Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan onilliklər davam edən münaqişədən sonra yeni səhifə açaraq gələcəyi qarşıdurma deyil, əlaqələr, əməkdaşlıq və rifah üzərində qurmaq öhdəliyi götürdülər.


Bu sülhün yaratdığı imkanlar artıq görünür. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), eləcə də ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığı çərçivəsində Cənubi Qafqazın Şərqlə Qərbi birləşdirən, ticarəti genişləndirən, enerji təhlükəsizliyini gücləndirən və iqtisadi inkişaf üçün yeni imkanlar yaradan inteqrasiya olunmuş regiona çevrilməsi istiqamətində birgə fəaliyyət göstərilir.

O bildirib ki, fevral ayında Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası üç əsas istiqamətə – regional bağlantı, iqtisadi investisiya və innovasiya, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığa əsaslanır.

“Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinədək ABŞ hökuməti və şirkətləri Azərbaycanın mühüm enerji ölkəsi kimi inkişafını dəstəkləyiblər.

Hazırda isə enerji, süni intellekt, data mərkəzləri və digər qabaqcıl texnologiyalar sahəsində yeni investisiyalar üzərində işləyirik. Ötən ay “Bakı Enerji Həftəsi” və ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində ABŞ şirkətləri Azərbaycan tərəfdaşları ilə qabaqcıl materiallar, süni intellekt, bulud texnologiyaları və digər yeni texnologiyalar sahələrində 8 milyard ABŞ dollarından çox dəyərində sazişlər imzalayıblar.

Bu investisiyalar və təhlükəsizlik sahəsində əməkdaşlıq regionda davamlı sülhə töhfə verəcək.

ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. ABŞ Azərbaycanda investisiyaları, dialoqu və sülh naminə diplomatik səyləri dəstəkləyib. Bu əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindəyik”, - deyə diplomat qeyd edib.

Azərbaycan Hökuməti adından Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edən Baş nazirin müavini Samir Şərifov qeyd edib ki, Azərbaycan ABŞ ilə 34 il əvvəl diplomatik münasibətlər qurduqdan sonra iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin inkişafına hər zaman önəm verib və bu istiqamətdə müvafiq səylər göstərib. Onun sözlərinə görə, ABŞ-nin təşəbbüsü ilə yaradılmış beynəlxalq terrorizmə qarşı Qlobal Koalisiyada Azərbaycanın iştirakı, eləcə də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verilən töhfələr bunun bariz nümunəsidir.
 

Samir Şərifov qeyd edib ki, bu gün Azərbaycan-ABŞ münasibətləri yüksələn dinamika ilə inkişaf edir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ-yə səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub.


Baş nazirin müavini bildirib ki, həmin səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına, Zəngəzur dəhlizinin açılmasını və fəaliyyətini təmin edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun yaradılması barədə sazişin imzalanmasına göstərdiyi dəstək və vasitəçilik səyləri Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.

Qeyd olunub ki, ikitərəfli münasibətlərdə formalaşmış müsbət dinamikanın davamı olaraq Azərbaycan və ABŞ liderlərinin sonrakı görüşləri, eləcə də ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin cari ilin fevralında Azərbaycana səfəri ölkələr arasında yüksəksəviyyəli dialoqun intensivliyini bir daha nümayiş etdirib.

Baş nazirin müavini Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını Azərbaycan-ABŞ münasibətlərinin inkişafında tarixi mərhələ kimi qiymətləndirərək bildirib ki, bu sənəd iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin genişlənməsini dəstəkləyir.

Xartiya ikitərəfli iqtisadi və ticarət əlaqələrinin, investisiya əməkdaşlığının dərinləşdirilməsinə əlavə təkan verəcək.

Samir Şərifov əminliyini ifadə edib ki, Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı etimada əsaslanan ünsiyyət Azərbaycan-ABŞ tərəfdaşlığının dayanıqlığını təmin edəcək, iqtisadi və investisiya əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə birgə fəaliyyətin dərinləşməsinə mühüm töhfə verəcək.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

End of content

No more pages to load

RADİO