İranın mərkəzi hissəsində yerləşən Ərak şəhərində şir zoopark işçilərindən birinə hücum edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Tasnim agentliyi məlumat yayıb.
38 yaşlı işçi şiri yedizdirməyə gəlib. Bu zaman vəhşi heyvan qəfəsdən çıxaraq ona hücum edib.
Nəticədə kişi dünyasını dəyişib.
Müəssisə rəhbərliyi müvafiq tədbirlərin görüldüyünü və heyvanın zooparkın ərazisini tərk etmədiyini bildirib.
Eyni zamanda rəhbərlik şəhər sakinlərindən zooparkın ərazisinə yaxınlaşmamağı xahiş edib.
Bizim.Media