Böyük Britaniya Kraliçası II Yelizaveta 96 yaşında sous istehsalı ilə məşğul olan biznesini açıb.
Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, kraliçanın ketçupu səhər yeməyi və ya günün istənilən vaxtı üçün mükəmməldir və onun tərkibinə xurma, alma şirəsi və ədviyyatlar əlavə edilib.
Qəhvəyi sous "sirkə və ədviyyatlarla tamamlanan" biftek sousuna bənzəyir.
Qeyd edək ki, bütün ədviyyatlar Kraliçanın Norfolkdakı malikanəsində hazırlanır və yalnız seçilmiş inqrediyentlərdən ibarətdir. Buraxılış tarixi hələ məlum deyil.
Yeri gəlmişkən, bu, kraliçanın ilk işi deyil. 2020-ci ildə o, viski istehsal edən brendini satışa çıxarıb.
Bizim.Media