“Sovet köhnəsi”ndən QAÇANLAR - Yeni binalara axının səbəbi nədir?

Köhnə binalardakı evlər artıq Avropasayağı vintaj yox, elə sadəcə “Sovetin köhnəsi” sayılır.

Əgər indiyə qədər ən dəbli interyerdə şəhərin 60-70-ci illərinin ab-havası əks etdirilir, köhnə tağlı pəncərələrdən “yolkavari” parketə süzülən gün işığı romantikləşdirilirdisə, indi həmin pəncərəni, döşəməni dəyişmək üçün kredit götürürlər.

Çünki yeni binalar – təzəlik, səliqə-səhman qoxulu, minimalist dizaynlı tam komfort sayılır.

Buna görə də köhnə binalardakı mənzillər maklerlərin əllərində qalıb, müştəri tapılmır; tələblər dəyişib, əksəriyyət, xüsusən də gənclər təzə tikililərdə, keçmişi olmayan mənzillərdə yeni başlanğıc istəyirlər.

Yeni binalara axının əsl səbəbi...

Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Elnur Azadovun Bizim.Media-ya verdiyi açıqlamaya görə, əslində uzun müddətdir yeni tikililər dəbə çevrilib.

İnsanlar köhnə – dədə-babadan qalma evlərini satıb tədricən yeni binalara köçürlər:
 

“Köhnə binalarda mənzillərin içindən tutmuş, blokundan həyətinə qədər problemlər var, tikilidə aşınmalar gedir, qovşaqlarda, kommunikasiya xətlərində nasazlıqlar yaranır... Ətrafda zamanla hər kəs problemsiz, təzə mənzillərə köçür, ona görə də adam düşünür ki, ondansa evi satıb ya nəğd ya da kreditlə yeni binalardan mənzil alsın”.


Bundan başqa ekspert diqqətə çatdırdı ki, yeni yaşayış komplekslərində sakinlərin rahatlığı üçün müəyyən xidmətlər var:

“Blok və həyətlərin təmizlənməsi, işıqlandırılması, zibilin daşınması, tullanması, mühafizə sistemi, parkinq,  uşaqlar üçün məkanı və s. xidmətlər var ki, həyat keyfiyyətini yüksəltmək istəyən insanlar yeni binalara üstünlük verirlər”.

Daha bir səbəb var: E.Azadov qeyd edir ki, artıq 7-8 ildir ipoteka yalnız yeni binalara verilir deyə, köhnə binalar ikinci dərəcəyə düşüb.

İnsanların belə mənzillərdən uzaqlaşmasına onların nə vaxtsa söküləcəyi ehtimalı ola bilərmi?

Ekspertin fikrincə əksinə, sökülmə ehtimalı insanların xeyrinə olan addımdır.

Onun sözlərinə görə, köhnə evlərin sökülməsi vətəndaş üçün əlverişlidir. Vətəndaşa 15-20% artıq sahə verilir, bununla da onun əvvəlki əmlakının dəyəri  ən azı 20-30% qalxmış olur. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

“Sumqayıt”da braziliyalı qapıçı

“Sumqayıt”da braziliyalı qapıçı

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

Anar Bayramovdan yeni TƏYİNAT

Anar Bayramovdan yeni TƏYİNAT

“Bavariya”dan 55 milyonluq transfer

“Bavariya”dan 55 milyonluq transfer

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Almanlar Kloppla danışıqlara başladı

Almanlar Kloppla danışıqlara başladı

End of content

No more pages to load

RADİO