Livan Səhiyyə Nazirliyi İsrail və "Hizbullah" arasındakı hərbi əməliyyatlar zamanı həlak olan vətəndaşların sayına dair məlumatları yeniləyib.
Bizim.Media xəbər verir ki, nazirliyin "X" sosial şəbəkəsində dərc olunmuş hesabatında qeyd edilir:
"Martın 2-də hərbi eskalasiyanın (gərginliyin) başlanmasından bəri öldürülən Livan vətəndaşlarının ümumi sayı 4 310-a, yaralıların sayı isə 12 199-a yüksəlib".
Səhiyyə Nazirliyindən bildiriblər ki, iyunun 19-da tərəflər arasında elan olunmuş atəşkəsə baxmayaraq, İsrail Hərbi Hava Qüvvələri cümə günü Baraşit, Beyt-Yahun, Bint-Cbeyl və Kunin yaşayış məntəqələrinə zərbələr endirib.
Nəticədə Livanın cənubunda bir gün ərzində 12 nəfər həlak olub.
Bizim.Media