Ermənidən ermənilərə təhqir - FOTO

Bizim kollektiv mənəviyyat və ləyaqətimizi sıfıra bərabərləşdirdilər. Bu matəm günü deyildi, ümummilli rüsvayçılıq günü idi. Hansısa əclaf bir daha bütün milləti rəzil edib bir günün içində bütün vətəni ləkələdi.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Vatikandaki sabiq səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan öz Facebook səhifəsində matəm yürüşü ilə bağlı yazıb.

O, qəbiristanlıqda, ölənlərin ziyarəti zamanı ”Nikol – baş nazirdir” şüarlarına kəskin etiraz edib və yazıb:

“Hazırda 3 Ermənistan var: Birincisi, gələcək uğrunda mübarizə aparan Ermənistan. Dünən mövcud olan Ermənistan".

İkincisi, bu günün ilk yarısındakı həyasız, qanlı, isterik və imansız Ermənistan. Sifarişlə "Nikol - baş nazirdir" deyə bağıraraq soyumamış qəbirləri tapdalayan zəif iradəli, xuliqan kütləsi. Bu kütlə öz varlığı ilə oğlanların məzarlarını ləkələdi. Bu çığır-bağır və bronjiletlərin altında ölkənin bir nömrəli xaini - ermənilər arasındakı axırıncı əclaf, bütün günahlarımızın əsas təcəssümü, ən pis erməni gəzirdi. Əsgərlərimizi o öldürdü. Və bu gün qəbirlərini murdarlayaraq onları yenidən öldürdü.

Üçüncü bir Ermənistan var - qorxaq və istehlakçı. Həmin üçüncü Ermənistandır ki, bunun siyasi mübarizə olduğunu və burada iştirak etmək istəmədiyini bəyan edir, lakin qəbiristanlıqda “Nikol - baş nazirdir” deyə bağıranları inadkarlıqla görmür.

Bu, bayram alış-verişi edən, endirimlərdən danışan, Yeni ilə hazırlaşan, kafedə söhbət edən Ermənistandır. Bu o Ermənistandır ki, bir neçə həftə sonra kafedə qəhvə içməyin belə inanılmaz bir lüks olacağının fərqinə varmır, çünki nə pul, nə də kafe olacaq. Ümidlə yaşayırlar. Bunun sadəcə bir siyasi mübarizə olduğunu, müharibənin bitdiyini və indi hər şeyin normallaşacağına ümid edirlər. Hesab edirlər ki, heç nə etməsələr, deməsələr, eşitməsələr hər şey normallaşacaq və keçib gedəcək”.

Minasyan qeyd edib ki, heç nə normallaşmayacaq, hər şey pis olacaq və bu pisdə bu “Nikol – baş nazirdir” deyənlər və bunu görməyənlər, yəni bütövlükdə xalqın böyük hissəsi, kütləsi günahkardır.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

300 əmlakı var, kirayədən aylıq bu qədər qazanır

300 əmlakı var, kirayədən aylıq bu qədər qazanır

SON DƏQİQƏ! İmişlidə ticarət obyektində yanğın BAŞLAYIB – VİDEO

SON DƏQİQƏ! İmişlidə ticarət obyektində yanğın BAŞLAYIB – VİDEO

İrəvan meriyasında əlbəyaxa dava: "Plastik butulkalar" işə düşdü – VİDEO

İrəvan meriyasında əlbəyaxa dava: "Plastik butulkalar" işə düşdü – VİDEO

İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində - FOTO

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində - FOTO

Temperatur 54 dərəcəni keçəcək – Bu yay “yer-göy qovrulacaq”

Temperatur 54 dərəcəni keçəcək – Bu yay “yer-göy qovrulacaq”

Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

Litva hökuməti istefa VERDİ

Litva hökuməti istefa VERDİ

Sirkədən zəhərlənən kişi 10 gün sonra VƏFAT ETDİ

Sirkədən zəhərlənən kişi 10 gün sonra VƏFAT ETDİ

Qusarın dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər - FOTO

Qusarın dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər - FOTO

ABŞ Milli Kəşfiyyatında kütləvi ixtisarlar – "Dərin dövlət" təmizlənir

ABŞ Milli Kəşfiyyatında kütləvi ixtisarlar – "Dərin dövlət" təmizlənir

İlham Əliyevin Şuşada uşaqlarla səmimi görüşü – VİDEO

İlham Əliyevin Şuşada uşaqlarla səmimi görüşü – VİDEO

DÇ-2026-da Şakiranı zorla öpmək istəyən şəxs görün kimdir - FOTO

DÇ-2026-da Şakiranı zorla öpmək istəyən şəxs görün kimdir - FOTO

Hikmət Hacıyev: "Prezidentlərin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir" – VİDEO

Hikmət Hacıyev: "Prezidentlərin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir" – VİDEO

Uitni Hyustonu kəşf edən əfsanəvi musiqi prodüseri vəfat etdi

Uitni Hyustonu kəşf edən əfsanəvi musiqi prodüseri vəfat etdi

Rusiyada “canlı bomba” olan iki qadın belə ələ keçirildi - ANBAAN VİDEO

Rusiyada “canlı bomba” olan iki qadın belə ələ keçirildi - ANBAAN VİDEO

Dəhşətli hadisə: Nəhəng qaya parçası avtomobilin qarşısına aşdı – ANBAAN VİDEO

Dəhşətli hadisə: Nəhəng qaya parçası avtomobilin qarşısına aşdı – ANBAAN VİDEO

İstanbulda Azərbaycan bağçasında dəhşətli hadisə: Uşaqlara çubuqla işgəncə verən qadın saxlanıldı – VİDEO

İstanbulda Azərbaycan bağçasında dəhşətli hadisə: Uşaqlara çubuqla işgəncə verən qadın saxlanıldı – VİDEO

Rusiyada spirtli içki satışı QADAĞAN EDİLDİ – SƏBƏB

Rusiyada spirtli içki satışı QADAĞAN EDİLDİ – SƏBƏB

SON DƏQİQƏ! Gürcüstanda ZƏLZƏLƏ baş verdi

SON DƏQİQƏ! Gürcüstanda ZƏLZƏLƏ baş verdi

Mayda Prezident təqaüdü alanların SAYI

Mayda Prezident təqaüdü alanların SAYI

End of content

No more pages to load

RADİO