İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

Ötən gün Azərbaycana rəsmi olaraq yay fəsli daxil olub. Lakin yayın gəlişi hələ bir neçə həftə öncədən özünü hiss etdirirdi. Ölkə ərazisində yüksək temperatur qeydə alınır, dəniz mövsümü artıq açılıb və insanlar yay istirahətinə başlayıblar. Bir sözlə, yay mövsümü başlamış hesab edilir.

Yay bir çoxları üçün məzuniyyət, istirahət və səyahət dövrü hesab olunsa da, bəzi insanlar üçün əksinə, daha çox əmək və məsuliyyət deməkdir. Xüsusilə açıq havada çalışan tikinti işçiləri, yol təmiri ilə məşğul olanlar, kənd təsərrüfatı işçiləri və digər peşə sahibləri yüksək temperatur şəraitində fəaliyyətlərini davam etdirmək məcburiyyətində qalırlar. Bu isə onların günvurma və digər istiliklə bağlı risklərlə üzləşməsinə səbəb olur. Məhz buna görə də əmək qanunvericiliyində belə işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunmasına yönəlmiş bir sıra tələblər və təminatlar nəzərdə tutulub.

Bəs isti hava şəraitində çalışan şəxslərin təhlükəsizliyi necə təmin olunur? Onların qanunla müəyyən edilmiş hansı hüquq və imtiyazları var?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib ki, havanın tənzimlənməsi mümkün olmayan yerlərdə, əgər temperatur yüksək olarsa,  işləyən bütün işçilər peşəsindən asılı olmayaraq risk altında olurlar.

O bildirib ki, Əmək Məcəlləsinin tələbinə görə, temperatur 41 dərəcəni keçdiyi halda iş dayandırılmalıdır:
 

“Amma elə işlər var ki, orada işi fasiləsiz davam etdirmək lazımdır, yəni işi dayandırmaq mümkün olmur. Belə olduqda işəgötürən bununla bağlı müvafiq tədbirlər göməlidir. Misal üçün, iş yerində çətirlər qurmalı, işçilərə tez-tez fasilələr verməli, sərinləşdirici içkilər təklif etməli, mümkün halda, yəni əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə xələl gətirmədən xüsusi iş geyim vasitələrini daha yüngül geyimlə əvəz etməlidir.


Məsələn, dəbilqə tələb olunmayan yerdə o həsir şlyapa ilə əvəzlənir ki, işçi gündən isti vurmadan qoruna bilsin. Günvurma və istivurma ağır nəticələrə gətirə bilər. İşəgötürən də işçinin sağlamlığına görə məsuliyyət daşıdığı üçün bu tədbirləri mütləq görməlidir. Bəzən təcrübədə bunlara əməl olunmadığını görürük. Amma qanunvericliyin tələbi budur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

End of content

No more pages to load

RADİO