Litvada Baş nazir İnqa Ruqinenenin rəhbərlik etdiyi hökumət istefa verdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, qərar Nazirlər Kabinetinin iclasında hökumət üzvlərinin yekdil razılığı ilə qəbul edilib.
“Bütün çətinliklərə baxmayaraq, dövlətin və xalqının rifahı üçün səylərimizlə fəxr edirik. Bu gün istefa vermək qərarına gəldik”, - deyə İnqa Ruqinene bildirib.
Qeyd edək ki, Litvanın Baş naziri və hökumətin bütün üzvləri hakim koalisiyadakı dəyişikliklər səbəbindən istefa verməyə məcbur olub.
Koalisiyanı yenidən təşkil etmək məsələsi Litva Sosial Demokrat Partiyasının iyunun əvvəlində “Nemunas” partiyasını populist siyasətdə ittiham edərək onunla əməkdaşlığı dayandırmasından sonra ortaya çıxıb.
Bizim.Media