Qardaşı tərəfindən öldürülən "Baron Şəmi"nin 100 min manat borcunu kim ödəyəcək?

5 il əvvəl qardaşı tərəfindən qətlə yetirilən Şəmsəddin Kərimovun ("Baron Şəmi") borcu oğlu Niyaməddin Kərimovun əmlakına yönəldilib.

Bizim.Media xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.

Belə ki, ərizəçi, mərhum Ş.Kərimovun bacısı oğlu olan Ramil (soyadı açıqlanmır - red.) müraciət edərək bildirib ki, 25 dekabr 2019-cu ildə Şəmsəddin Kərimov xeyirli bir kommersiya işi olduğunu bildirərək onu Masallıya dəvət edib. Görüşüb söhbət edərkən iri partiya ov silahları və onun sursatlarını Türkiyə və Rusiyadan gətirdəcəyini, yaxşı xeyir götürəcəklərini bildirərək, bunun üçün 120 000 manat pul lazım olduğunu bildirib.

O, vəd edib ki, 6 aya həmin pulu qaytarmaqla, üzərində 30 000 manat da xeyir verəcək. O günə qədər aralarında etibar olduğu və Şəmsəddin həmişə verdiyi sözü tutduğu üçün razılaşıb, elə həmin gün axşam pulu Şəmsəddinə verib.
 

Bu zaman o, 1 iyun 2020-ci ildə verdiyi pulu və üstündə 30 000 manat xeyri qaytaracağını bildirib və ayrılıb gedib. Sonradan Şəmsəddinlə görüşləri olub və hər dəfə ona bildirib ki, narahat olmağa dəyməz. 2020-ci ilin fevral ayının 27-də məlum olub ki, Şəmsəddin qardaşı Nurəddin tərəfindən qətlə yetirilib.


O, Masallıya gedərək yas məclisində iştirak edib, mərhumun oğlu Niyaməddinlə görüşüb. Başsağlığı verib və yeri olmasa da deyib ki, atasının ona 120000 manat borcu var. Cavabdeh bildirib ki, hüzrdən sonra görüşüb söhbət edərlər. 15 may 2020-ci ildə 2 nəfər yaxın bildiyi şəxslərlə - "BMW X7" və "BMW X6" ilə Niyaməddinin işlətdiyi ovçular mağazasına gediblər.

Niyaməddin söhbət zamanı bildirib ki, atası Şəmsəddinin ona 120 min manat borcu olduğunu bilir. Lakin atasının qətlə yetirilməsi səbəbindən hazırda həmin pulu qaytarmaq imkanı yoxdur. Söz verib ki, 01 sentyabr 2021-ci il tarixə kimi həmin məbləği tam olaraq qaytaracaq.

Həmin vaxt bu razılaşma barəsində bir akt da yazıb imzalayıb, razılaşaraq ayrılıblar.

01 sentyabr 2021-ci il tarix çatsa da, Niyaməddin imkansızlığı bəhanə gətirərək pulu qaytarmayıb. Bir neçə dəfə bununla əlaqədar aralarında narazılıqları olub. Nəhayət, 21 iyun 2025-ci ildə Niyaməddinin mağazasına gedib pulu istəyərkən, onu öldürəcəyi ilə hədələyib, təhqir edib və həyətdən qovub. Ərizəçi naəlac qaldığından ərizə ilə Rayon Polis İdarəsinə müraciət edib. 10 iyul 2025-ci il tarixdə ərizəsi üzrə cinayət işi başlanması rədd edilib və ona məhkəməyə pul tələbi haqqında iddia verməsi izah edilib.

Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirib ki, iddianı qismən qəbul edir. Belə ki, o, borcundan 20 000 manatı iddiaçıya ödəyib, qalan pulu isə ödəyəcək.

Məhkəmənin qərarı ilə cavabdehdən 100 000 manat məbləğində borc iddiaçının xeyrinə tutulub.

Həmin məbləğin ödənilməsi üçün Niyaməddinin istifadəsində olan ovçuluq ləvazimatları mağazasının hərraca çıxarılmasına qərar verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz Azərbaycana GƏTİRİLİR

Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz Azərbaycana GƏTİRİLİR

Məşhur kosmetika brendində kanserogen maddə - İDDİA

Məşhur kosmetika brendində kanserogen maddə - İDDİA

Separatçıların apellyasiya MƏHKƏMƏSİ: İşxanyan və Babayan özlərini təqsirli bilmədilər

Separatçıların apellyasiya MƏHKƏMƏSİ: İşxanyan və Babayan özlərini təqsirli bilmədilər

Cəlilabad sakinlərinə xəbərdarlıq: İyulun 6-da...

Cəlilabad sakinlərinə xəbərdarlıq: İyulun 6-da...

Şəkidə itin 5 nəfəri dişləməsinə İcra Hakimiyyətinin REAKSİYASI - FOTO

Şəkidə itin 5 nəfəri dişləməsinə İcra Hakimiyyətinin REAKSİYASI - FOTO

Ərdoğan İrana səfər edə bilər

Ərdoğan İrana səfər edə bilər

Bakı metrosunda ən sıx gün və lider stansiyanın adı – İyun ayının statistikası

Bakı metrosunda ən sıx gün və lider stansiyanın adı – İyun ayının statistikası

Aparıcı Mətanət: "Bacım komaya düşürdü, onu xilas etdilər"

Aparıcı Mətanət: "Bacım komaya düşürdü, onu xilas etdilər"

Hadı Rəcəblinin oğluna 350 minlik iş tapşırıldı

Hadı Rəcəblinin oğluna 350 minlik iş tapşırıldı

"AzerGold"dan rekord göstərici: Xalis mənfəəti 2.5 dəfə artırdı

"AzerGold"dan rekord göstərici: Xalis mənfəəti 2.5 dəfə artırdı

Jurnalist etiraz etdi – “Tarqovı”da yolu kəsən dibçəklər yığışdırıldı

Jurnalist etiraz etdi – “Tarqovı”da yolu kəsən dibçəklər yığışdırıldı

Coratda dənizdə boğulan digər şəxs xilas edildi - TƏBİB-dən açıqlama

Coratda dənizdə boğulan digər şəxs xilas edildi - TƏBİB-dən açıqlama

Təbiətə 211 min manatdan çox ziyan vuruldu

Təbiətə 211 min manatdan çox ziyan vuruldu

Alimlərə əmr gəldi: yadplanetlilərə cavab vermək qadağan edildi

Alimlərə əmr gəldi: yadplanetlilərə cavab vermək qadağan edildi

“Sabah” transferlərə nə qədər pul xərcləyib?

“Sabah” transferlərə nə qədər pul xərcləyib?

Kirayə evlər niyə ucuzlaşmır?

Kirayə evlər niyə ucuzlaşmır?

Əli Tekin Atalar vəfat etdi – FOTO

Əli Tekin Atalar vəfat etdi – FOTO

Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO

Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO

DİQQƏT! Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

DİQQƏT! Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı

Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı

Ümüd Alməmmədova nazirlikdə VƏZİFƏ VERİLDİ

Ümüd Alməmmədova nazirlikdə VƏZİFƏ VERİLDİ

Uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqinə paytaxt sakinlərindən MÜNASİBƏT – VİDEO

Uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqinə paytaxt sakinlərindən MÜNASİBƏT – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

End of content

No more pages to load

RADİO