Şəkidə itin 5 nəfəri dişləməsinə İcra Hakimiyyətinin REAKSİYASI - FOTO

Sahibsiz itlərin sayının Şəki şəhərində hər gün artması və insanlara hücum çəkməsi heç də ilk xəbər deyil.
 

MÖVZU İLƏ BAĞLI: 

Şəkidə 5 nəfəri it DİŞLƏDİ - Biri azyaşlıdır, vəziyyəti ağırdır


Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi Novruz küçəsində sahibsiz it insanlara hücum çəkib, xəsarət yetirib. Sahibsiz it əvvəlcə küçədə hərəkət edən azyaşlını dişləyib. Uşağın səsinə gələn baba da bu zaman xəsarətlər alıb. Daha sonra küçə iti elə həmin ərazidə 3 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Beləliklə, şəhər sakinləri 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şəki rayon mərkəzi xəstəxanasına müraciət ediblər.
 

Yaralılara Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, əvvəlcə quduzluq əleyhinə vaksin vurulub. Bir neçə saat xəstəxanada qaldıqdan sonra sahibsiz it hücumuna məruz qalan sakinlərin vəziyyətləri stabil qiymətləndirilib və pasiyentlərə həkim nəzarətində peyvənd kursunu davam etdirmələri tövsiyə olunaraq ambulator müalicə üçün evə buraxılıblar.


Məsələ ilə əlaqədar rayon icra hakimiyyətindən bildirilib ki, sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir. Qeyd edək ki, sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlarda yerləşdirilməlidir.

Hazırda Şəkidə sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır. O da qeyd olunub ki, problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılır, qeyri-hökümət təşkilatlarına müraciət olunub. Bu məsələyə heyvansevərləri də cəlb etməklə Şəki şəhərində sahibsiz küçə itlərinin qısırlaşdırılmasının təşkili nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır.













Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

End of content

No more pages to load

RADİO