"AzerGold"dan rekord göstərici: Xalis mənfəəti 2.5 dəfə artırdı

"AzerGold" QSC ötən ili 82,061 milyon ABŞ dolları həcmində xalis mənfəətlə başa çatdırıb.

Bizim.Media QSC-nin beynəlxalq auditor şirkəti - "PricewaterhouseCoopers" (PwC) tərəfindən aparılan maliyyə yoxlamalarının nəticələrinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 2,5 dəfə çoxdur.

Keçən il "AzerGold"un satışdan əldə etdiyi gəlirlər 266,452 milyon ABŞ dollarına bərabər olub (bir il öncəyə nisbətən 45,8 % artım), satışın maya dəyəri 126,736 milyon ABŞ dolları (+10,6 %), mənfəət vergisi ödənişləri isə 20,280 milyon ABŞ dolları (+2,3 dəfə), maliyyə gəlirləri 4,354 milyon ABŞ dolları (+59,7 %), investisiya mülkiyyəti üzrə icarə gəlirləri isə 3,75 milyon ABŞ dolları (əvvəlki ildə bu göstərici qeydə alınmayıb), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə itkisinin geri qaytarılmasından əldə olunan gəliri 101 min ABŞ dolları (+14,4 dəfə), sair gəlirləri 847 min ABŞ dolları (-4,7 dəfə) səviyyəsində qeydə alınıb.
 

"AzerGold"un ümumi və inzibati məsrəfləri 33,914 milyon ABŞ dolları (+25,4 %), kəşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərdən düşməsi üzrə xərcləri 10,43 milyon ABŞ dolları (+7,3 dəfə), maliyyə məsrəfləri 1,932 milyon ABŞ dolları (-2,3 dəfə), digər əməliyyat məsrəfləri 23 min ABŞ dolları (+35,3 %) təşkil edib.


Səhmdar cəmiyyətinin iştirak payı metodu ilə uçota alınan birgə müəssisələrin maliyyə nəticələrindəki pay üzrə zərəri 128 min ABŞ dolları (əvvəlki ildə bu göstərici olmayıb) təşkil edib.

Cari ilin yanvarın 1-nə "AzerGold"un aktivlərinin ümumi dəyəri 573,624 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 20,4 % çoxdur. Hesabat dövrü ərzində səhmdar cəmiyyətinin öhdəlikləri 10,1 % artaraq 84,579 milyon ABŞ dollarına, balans kapitalı 22,3 % yüksələrək 489,045 milyon ABŞ dollarına, nizamnamə kapitalı isə 4,5 dəfə artaraq 163,706 milyon ABŞ dollarına çatıb.

Qeyd edək ki, "AzerGold" Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı əsasında 2016-cı ildə təsis edilib. Şirkətin əsas fəaliyyət istiqaməti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə xarakterizə olunur və onun başlıca məqsədi qiymətli və əlvan metal filizi yataqlarının araşdırılması, tədqiqi, kəşfiyyatı, idarə edilməsi, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın modernləşdirilməsi və ondan effektiv istifadə, həmçinin bu sahənin inkişafına dair digər işlərin həyata keçirilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

End of content

No more pages to load

RADİO