Pensiya ilə bağlı MÜHÜM XƏBƏR

Gələn il Azərbaycanda minimum əməkhaqqı və pensiyaların stabil qalacağı iddia edilir.

Məlumata görə, 2026-cı il dövlət büdcəsində bu istiqamətdə artım nəzərdə tutulmayıb.

Ekspertlər hesab edirlər ki, dünyada yaxınlaşan iqtisadi böhran fonunda əhali belə vəziyyətlərə hazır olmalı, iqtisadi planlamasını ona uyğun qurmalıdır.

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, növbəti dövrdə sosial və iqtisadi sahədə çətinliklərin olacağı gözlənilir:

“Çünki fiziki şəxslərin gəlir vergisi artır və proses belə davam edəcək. Bu, həm əhalinin sosial-iqtisadi vəziyyətinə, həm də sahibkarlara mənfi təsir göstərəcək. Xidmət və digər sahələrdə fəaliyyət göstərən sahibkarların dövriyyəsinin azalması da mümkündür. Pensiyalar və minimum əməkhaqqının real dəyəri azalacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda inflyasiya səviyyəsi 6 faizdir. Azərbaycan Mərkəzi Bankı (AMB) da eyni göstəricini proqnozlaşdırır, lakin müstəqil iqtisadçılar inflyasiyanın ikirəqəmli olduğunu bildirirlər. Bu baxımdan, əhalinin real gəlirlərinin azalacağı, iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Qeyri-neft sektorunun inkişafı hələ də qonşu ölkələrlə müqayisədə xeyli geridə qalır. Neft sektorunun da tədricən kiçilməsi fonunda bu vəziyyət daha da mürəkkəbləşir”.

İqtisadçı bildirib ki, yaranan vəziyyətdən çıxış yolu real iqtisadi islahatlardır:

“Hazırkı fiskal və monetar siyasət iqtisadi inkişaf üçün səmərəli deyil. Büdcə, vergi və dövlət investisiya siyasətində ciddi itkilər mövcuddur. Bundan əlavə, səhiyyə, təhsil, kənd təsərrüfatı, ekologiya və enerji kimi sektorlarda da ciddi struktur problemləri qalır. Bu sahələrdəki itkilər inflyasiyanın artması, ümumi daxili məhsulun (ÜDM) azalması, maaş, minimum əməkhaqqı və pensiyaların real dəyərinin aşağı düşməsi ilə nəticələnir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLITƏDQİQAT

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLITƏDQİQAT

"Çelsi"nin kapitanı əməliyyat olundu

"Çelsi"nin kapitanı əməliyyat olundu

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Gec saatlara qədər işləyirsiniz? - Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

Gec saatlara qədər işləyirsiniz? - Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

"Məcburam dərdimi sizinlə bölüşüm"

"Məcburam dərdimi sizinlə bölüşüm"

Lukaşenkodan Trampa ETİRAZ: “Ukrayna prezidentinin kim olacağına o qərar verməməlidir”

Lukaşenkodan Trampa ETİRAZ: “Ukrayna prezidentinin kim olacağına o qərar verməməlidir”

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Azər Bağırov qələbəni ona həsr etdi

Azər Bağırov qələbəni ona həsr etdi

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

End of content

No more pages to load

RADİO