Azərbaycan BMT Hökumətlərarası İşçi Qrupunda həmsədr seçilib - FOTO

23 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı Assambleyasının 2023-cü ildə qəbul edilmiş "Hər Kəs üçün Münasib Mənzil" qətnaməsi ilə yaradılmış Açıq Hökumətlərarası İşçi Qrupun UN-Habitat-ın Keniyanın paytaxtı Nayrobidə yerləşən qərargahında 2-ci sessiyası (OEWG-H2) keçirilib.

Bizim.Media xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan həmin İşçi Qrupun bürosunun 2025-2026-cı illər üzrə həmsədri seçilib. Büronun digər həmsədri isə Somali olub. Bundan öncə büroya həmsədrlik Keniya və Fransa tərəfindən həyata keçirilib.

Hökumətlərarası İşçi Qrup əhalinin təhlükəsiz, dayanıqlı və əlçatan mənzil ilə təmin olunması məqsədilə qlobal siyasətin formalaşması və icrasının sürətlənməsi üzrə BMT-nin Məskunlaşma Proqramı Assambleyasının katibliyi rolunu oynayır, tövsiyələr hazırlayır, üzv ölkələrin bu istiqamətdə fəaliyyətini əlaqələndirir.
 

İşçi Qrupun bürosuna həmsədrlik Azərbaycanın qlobal şəhərsalma proseslərində iştirakının davamlılığına, dünyada mənzil təminatı məsələlərinin həllinə daha böyük töfhə verməsinə xidmət edəcək. Bununla yanaşı, bu yüksək vəzifə 17-22 may 2026-cı il tarixlərində Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) nəticələri və təşəbbüslərinin önə çıxarılması üçün mühüm platforma olacaq.


Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. WUF13-ə ev sahibliyi ilə bərabər ölkəmiz UN-Habitat İcraiyyə Şurasının üzvüdür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universitetinin ekspertləri UN-Habitat tərəfindən hazırlanan "İnsan-mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Qaydalar"ı hazırlayan İşçi Qrupun üzvüdür. 2023-cü ildə UN-Habitat-ın Ümumdünya Məskunlaşma Günü (WHD23) Bakıda keçirilib. UN-Habitat həmçinin 2022, 2023 və 2025-ci illərdə baş tutan Azərbaycanın Milli Şəhərsalma Forumlarına fəal dəstək göstərib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

Daşkənd Prezident İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO

Daşkənd Prezident İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO

Sabirabadda avtomobil motosikletlə toqquşdu – Ölən var

Sabirabadda avtomobil motosikletlə toqquşdu – Ölən var

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Polis 94 borclu şəxsi saxladı

Polis 94 borclu şəxsi saxladı

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

Faiq Ağayevə ağır itki üz verdi

Faiq Ağayevə ağır itki üz verdi

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

İstanbul çimərlikləri BAĞLANDI

İstanbul çimərlikləri BAĞLANDI

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO