Avqustun 21-də Azərbaycanda polis əməkdaşları 2 avtomat silahı, 2 qumbara, 13 tüfəng, 2 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, silah-sursat paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər zamanı aşkarlanıb.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin yabanı halda bitmiş, ümumi çəkisi 140 kiloqram olan 3 740 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Bizim.Media