Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda tutuldu - FOTO

Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında Hindistanda çoxsaylı qətllər törətmiş və uzun müddətdir beynəlxalq axtarışda olan cinayətkar Rəşid Keyblvala saxlanılıb.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, bu barədə Hindistan mətbuatı yazıb.

Keyblvala İstanbul-Bakı reysi ilə Azərbaycana daxil olarkən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hazırda Hindistan xüsusi xidmət orqanları onun ekstradisiyası üçün sənədləri hazırlayır.

Məlumata görə, Rəşid Keyblvala Hindistanda "ən çox axtarılan cinayətkarlar" siyahısında yer alır. Onun saxlanılması "sənədlərindəki uyğunsuzluqlar" səbəbindən mümkün olub. Hindistan hüquq-mühafizə nümayəndələri artıq onun cinayət keçmişi və dosyesi ilə bağlı məlumatları rəsmi kanallar vasitəsilə Azərbaycana təqdim etməyə hazırlaşır.

İstintaq materiallarına əsasən, Keyblvalanın rəhbərlik etdiyi dəstə iş adamlarına hədə-qorxu gəlmə, "xərac" tələb etmə və rəqib qrupların üzvlərinin qətli ilə məşğul olub.
 

O, ilk dəfə 2018-ci ildə Səudiyyə Ərəbistanına qaçmağa cəhd göstərərkən tutulmuş, lakin qısa müddət sonra azadlığa buraxılmışdı.


Sonradan o, Ər-Riyadda tikiş müəssisəsi yaradaraq və Taylandda fəaliyyətini genişləndirərək cinayət yolu ilə əldə edilmiş pulları "yumağa" cəhd edib. 2019-cu ildə ona qarşı "kamikadze terrorçularla əlaqə" maddəsi üzrə cinayət işi açılmış, 2020-ci ildə yenidən saxlanılmış, lakin 2022-ci ilin əvvəlində saxta pasportla ölkədən qaçmağa nail olmuşdu.

Keyblvala Hindistanın digər məşhur cinayətkarları Həşim Baba və Lourens Bişnoy ilə yaxın əlaqələrdə ittiham olunur.

Onun adı son illərdə iş adamı Nadir Şahın (2024-cü ilin sentyabrı), həmçinin Sunit Caynın (2024-cü ilin dekabrı) qətlləri ilə bağlı istintaqlarda hallanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Bakıda bu taksilər qiyməti ARTIRDI

Bakıda bu taksilər qiyməti ARTIRDI

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

End of content

No more pages to load

RADİO