Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalandı – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək əmək bazarında baş verən dəyişikliklərə uyğunlaşmaq üçün təhsilin inkişafı və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Konfederasiya sədri Akademiyanın fəaliyyətindən, 100 %-lik qəbul göstəricisindən, yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzindən, keçirilən beynəlxalq təlimlərdən danışıb. Bildirilib ki, Akademiya Böyük Britaniyada yerləşən Peşəkar Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu (IOSH) tərəfindən beynəlxalq akkreditasiyadan keçib.
 

Bu, dünyada əməyin təhlükəsizliyi sahəsində ən nüfuzlu təşkilatlardan biridir. Artıq Akademiya beynəlxalq səviyyədə tanınan təlimlər keçirə, bilik və bacarıqları qiymətləndirə və IOSH sertifikatları təqdim edə bilər. Bu sertifikatı alanlar yalnız Azərbaycanda deyil, dünyanın istənilən yerində peşəkar əmək təhlükəsizliyi mütəxəssisi kimi tanınır.


Tədbirdə həmçinin AHİK və BƏT/ACTRAV-ın əməkdaşlığı çərçivəsində rəqəmsal tədris, sosial dialoq, əməyin təhlükəsizliyi, gender bərabərliyi, gənclərin və qadınların rolunun artırılması kimi prioritet istiqamətlər müzakirə olunub, həmkarlar ittifaqlarının müasir əmək bazarına uyğun modernləşdirilməsi mühüm addım kimi dəyərləndirilib.

BƏT/ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini müsbət dəyərləndirib, iki qurum arasında əlaqələrdən, birgə reallaşdırılan layihə və tədbirlərdən danışıb, münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığın genişləndirilməsinin istiqamətləri barədə fikirlərini bölüşüb.
 

Sonra Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində professor-müəllim heyətinin iştirakı ilə tədbir keçirilib. BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək iki qurum arasında münasibətlərin inkişafının əhəmiyyətindən bəhs edib, Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının qərar və tövsiyələrinə xüsusi önəm verildiyini qeyd edib.


Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova ali təhsil müəssisəsi, tədris prosesinin təşkili, tətbiq olunan yeniliklər barədə təqdimatla çıxış edib. Təqdimatda Akademiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar, BP, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi, York Universiteti, Turin Beynəlxalq Təlim Mərkəzi və digər nüfuzlu qurumlarla əməkdaşlığı vurğulanıb.

Tərəflər Azərbaycan həmkarlar ittifaqları ilə BƏT/ACTRAV arasında əməkdaşlığın genişləndirilməsinin istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda AHİK və ACTRAV arasında həmkarlar ittifaqları təhsilinin inkişafı və gücləndirilməsi sahəsində Əmək və Sosial Münasibətlər Akademiyasının inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.

Sənəddə həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının artırılması, rəqəmsal platformaların və alətlərin tətbiqi, eləcə də vahid regional təhsil portalının yaradılması nəzərdə tutulur. Bəyannamədə həmçinin BƏT ekspertlərinin iştirakı ilə Əmək və Sosial Münasibətlər Akademiyasının təhsil proqramlarında gənclərin akademik və sosial fəaliyyətlərə daha fəal qoşulmasını təşviq etmək məqsədilə maarifləndirmə və təcrübə mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yevlaxda ağır qəza: Sürücü belə xilas edildi - VİDEO

Yevlaxda ağır qəza: Sürücü belə xilas edildi - VİDEO

Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

Putin Trampı Rusiyaya səfərə dəvət etdi -1 saat 25 dəqiqə TELEFON DANIŞIĞI

Putin Trampı Rusiyaya səfərə dəvət etdi -1 saat 25 dəqiqə TELEFON DANIŞIĞI

DİM bü gün daha bir imtahan keçirəcək

DİM bü gün daha bir imtahan keçirəcək

DÇ-2026: Fransa 1/4 finala yüksəldi - VİDEO

DÇ-2026: Fransa 1/4 finala yüksəldi - VİDEO

Zelenski Trampla razılığa gəldi -Ankarada müzakirə edəcəklər

Zelenski Trampla razılığa gəldi -Ankarada müzakirə edəcəklər

Bu gün qəbul imtahanı var

Bu gün qəbul imtahanı var

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

End of content

No more pages to load

RADİO