Rusiya müxalifətinin lideri Aleksey Navalnı terrorizm və ekstremist fəaliyyətlə məşğul olan təşkilatlar və fiziki şəxslər siyahısına daxil edilib.
Bizim.Media xəbər verir ki, müvafiq qeyd çərşənbə axşamı Rosfinmonitorinq reyestrində peyda olub.
Qanuna əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və onların xidmətini dayandırır.
Siyahıda Navalnıdan başqa, əvvəllər ekstremizm işi üzrə müttəhim olmuş onun ən yaxın tərəfdarları da var.
Lyubov Sobol, vəkil Vyaçeslav Qimadi, Georgi Alburov, Ruslan Şavəddinov reyestrə əlavə edilib.
Yanvarın əvvəlində Navalnının daha iki tərəfdaşı Leonid Volkov və İvan Jdanov artıq Rosfinmonitorinq siyahısına daxil edilmişdi.
Bizim.Media