Müharibədə ordumuza qarşı döyüşən ekstremist qruplaşma rəhbəri həbs olundu - FOTO

Fransa vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğal altında olan ərazilərinə gələrək terrorçuluq fəaliyyəti ilə məşğul olmuş və Ermənistan tərəfində muzdlu kimi döyüşmüş Mark De Kakkere-Valmenir Fransada 1 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, prezidentliyə namizəd, ifrat sağçı Erik Zemmurun dekabr ayında keçirilən mitinqində zorakılıq tətbiq etdiyi üçün nümayişlərdə iştirakına qadağa qoyulan De Kakkere-Valmenir yanvarın 15-də keçirilən aksiyada iştirak etdiyi üçün saxlanılıb və sonra həbs edilib.

De Kakkere-Valmenir daha əvvəl Parisdəki barda hücuma görə bir il həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, onun aksiyalarda iştirakına qadağa qoyulmuşdu.

Bu, ekstremist qruplaşma rəhbərinin ilk həbsi deyil. O, 2018-ci ilin dekabrında “sarı jiletlilər”in nümayişində zorakılığa görə 6 ay, bara hücuma görə isə 10 ay həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, “Zouaves Paris” qruplaşmasının lideri 2020-ci ilin oktyabrında ikinci Qarabağ müharibəsində işğalçı Ermənistanın tərəfində müharibədə iştirak etdiyini bildirmişdi. Mark de Kakkere-Valmenir instaqramdakı səhifəsində qeyd etmişdi ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.

Mark de Kakkere "Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini paylaşaraq ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusunu açıqlamışdı.

Özünü faşist adlandıran Mark de Kakkere-Valmenir Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adını verib. (Report)

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

"Bitcoin"in qiyməti 82 min dollara yaxınlaşır

"Bitcoin"in qiyməti 82 min dollara yaxınlaşır

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çempionlar Liqasında ilk finalçı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında ilk finalçı BƏLLİ OLDU – VİDEO

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

İstifadəsiz torpaqlara YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

İstifadəsiz torpaqlara YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

BİZİM TƏQVİM: Mayın 6-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Mayın 6-da baş vermiş tarixi hadisələr

“Sony”nin oyun konsulları BAHALAŞIR

“Sony”nin oyun konsulları BAHALAŞIR

İlanlar aktivləşdi — Bakıda qarşınıza ilan çıxarsa...

İlanlar aktivləşdi — Bakıda qarşınıza ilan çıxarsa...

Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert

Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert

Dünyanın ən zəif valyutaları AÇIQLANDI - Reytinqdə lider ölkə hansıdır?

Dünyanın ən zəif valyutaları AÇIQLANDI - Reytinqdə lider ölkə hansıdır?

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Belarus Ermənistana NOTA VERDİ

Belarus Ermənistana NOTA VERDİ

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

End of content

No more pages to load

RADİO