“ABŞ siyasətini dəyişməzsə, Vaşinqtonun düşmən fəaliyyətinin qarşısının alınması üçün sərt fəaliyyət göstərəcəyik”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, ya Moskva və Vaşinqton Rusiyanın prioritetlərini nəzərə almaqla daha poztiv gündəliklə bağlı razılaşacaq, ya da qarşıdurma daha da artacaq.
“Rusiya ilə ABŞ arasında qeyri-müəyyən fikir ayrılığı yoxdur. Sadəcə olaraq amerikalı həmkarlardan siyasi idarə göstərmək tələb olunur”, - bəyanatda bildirilib.
Qeyd edək ki, hazırda İsveçrənin Cenevrə şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilir.
Bizim.Media