Prezident: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, xalqımızı ürəkdən təbrik edirəm"

"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Gülüstan sarayında Azərbaycanda inşa ediləcək yeni külək elektrik stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində bildirib.

"Bu, çox gözəl hadisədir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO


Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik.

Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq.

Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır", - dövlət başçısı deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

AAYDA-ya məxsus MMC ləğv olundu

AAYDA-ya məxsus MMC ləğv olundu

CHP-dən istefa verib - Yeni partiya yaratdı

CHP-dən istefa verib - Yeni partiya yaratdı

850 il sonra ilk dəfə - Dünya bu şəhərə axışacaq - Fotolar

850 il sonra ilk dəfə - Dünya bu şəhərə axışacaq - Fotolar

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Tanınmış iş adamı oteldən yıxılaraq öldü

Tanınmış iş adamı oteldən yıxılaraq öldü

Bakıda yeni dərs ilindən iş saatı belə olacaq – TƏFƏRRÜAT

Bakıda yeni dərs ilindən iş saatı belə olacaq – TƏFƏRRÜAT

"Sifarişiniz gəlib", "Qazanc əldə etdiniz" kimi mesajları açmayın – XƏBƏRDARLIQ

"Sifarişiniz gəlib", "Qazanc əldə etdiniz" kimi mesajları açmayın – XƏBƏRDARLIQ

Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi

Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi

Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO

Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO

Dələduzluğa görə həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı

Dələduzluğa görə həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı

Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

Köhnə smartfonlar hakerlərin hədəfinə çevrilir – SƏBƏB

Köhnə smartfonlar hakerlərin hədəfinə çevrilir – SƏBƏB

Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR - Repetitorluğa son qoyulacaq?

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR - Repetitorluğa son qoyulacaq?

ABŞ-da “Mercedes”in satışına qadağa qoyula BİLƏR

ABŞ-da “Mercedes”in satışına qadağa qoyula BİLƏR

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...

Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...

Sumqayıt sakinlərinin DİQQƏTİNƏ: Bu gün saat 11:30-dan..

Sumqayıt sakinlərinin DİQQƏTİNƏ: Bu gün saat 11:30-dan..

8 illik düşmənçilik bitdi: Xəyanətə görə boşanan məşhur cütlük uşaqları üçün barışdı

8 illik düşmənçilik bitdi: Xəyanətə görə boşanan məşhur cütlük uşaqları üçün barışdı

End of content

No more pages to load

RADİO