"Rusiya və ABŞ arasında strateji sabitliyə dair danışıqlar çətin, lakin konkret olub"
Bizim.Media xəbər verur ki, bunu Cenevrə görüşündən sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Bizdə belə təəssürat yarandı ki, ABŞ tərəfi Rusiyanın təkliflərinə çox ciddi yanaşıb və onların dərindən öyrənilməsini həyata keçirib", - S.Ryabkov deyib.
O qeyd edib ki, əsas məsələlər hələ də qeyri-müəyyənlikdə qalır.
Bizim.Media