“Bizim əsas mandatımız, məqsədimiz qiymət sabitliyidir, makro-iqtisadi sabitlikdir. Bu mandatın həyata keçirilməsi üçün hansı rejim daha əlverişlidir biz həmin rejimə də uyğun fəaliyyətimizi davam etdirəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Bankın İdarə Heyətinin faiz dəhlizi parametrləri barədə qərarına həsr olunmuş mətbuat konfransında deyib.
“Bu gün mandatımızı uğurla həyata keçirmək üçün sabit məzənnə rejimini tətbiq edirik. Hazırda bu rejimi dəyişməklə bağlı hər hansı səbəbimiz yoxdur. Biz sabit məzənnə rejimini tətbiq edirik və onu tətbiq etməyə davam edəcəyik, başqa planımız yoxdur” – deyə sədr bildirib.
Günay Şahmar, Bizim.Media