Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinərək saxlanılan qırğız musiqiçi Vikram Ruzaxunov sərbəst buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Veçerniy Bişkek” məlumat yayıb.
Nəşrin yazdığına görə, V.Ruzaxunov artıq Bişkekə aparılır.
Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstan mətbuatı saxlanılanlardan birinin aksiyada iştirak etmək üçün Qırğızıstandan uçduğu haqda videonu yayıb.
Qırğızıstan sakinləri onun tez-tez Almatıya qastrol səfərinə gələn məşhur caz musiqiçisi Vikram Ruzaxunov olduğunu deyiblər.
Qırğızıstan hakimiyyəti bununla bağlı Qazaxıstana nota və iş üzrə bütün lazımi məlumatları göndərib.
Bizim.Media