ABŞ-ın Nyu-York şəhərində yaşayış binasında güclü yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı bazar ertəsi “RİA Novosti” agentliyi yayıb.
Bronksda qeydə alınan insidentdə 9-u uşaq olmaqla 19 nəfər həlak olub.
Məlumata görə, daha 63 nəfər yaralanıb. Onlardan azı 32-si xəstəxanaya yerləşdirilib, həyatları təhlükə altındadır.
İlkin versiyaya görə, yaşayış binasında baş verən yanğına səbəb nasaz elektrik qızdırıcısı olub.
Qeyd edilir ki, bu, Nyu-Yorkda son 30 ildə ən güclü yanğındır.
Bizim.Media