Yapon rejissoru Ryusuke Hamaqutinin “Avtomobilimin sükanı arxasına keç” filmi ABŞ Milli Kino Tənqidçiləri Cəmiyyətinin dörd mükafatına layiq görülüb.
Bizim.Media xəbər verir ki, kinofilm 2021-ci ilin ən yaxşı filmi, Hamaquti ən yaxşı rejissor, baş rolu ifa edən aktyor Hidetoçi Nisidzima isə “Ən yaxşı kişi rolu” nominasiyasında qalib gəlib.
Bundan başqa, film ən yaxşı ssenari mükafatını da “ələ keçirib”.
Qeyd edək ki, Penelopa Kruz “Dünyanın ən pis adamı” filmindəki roluna görə ABŞ Milli Kino Tənqidçiləri Cəmiyyətinin versiyasına görə ilin aktrisası olub.
Bizim.Media