Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu gün bütün cəbhələrdə informasiya müharibəsi gedir, Rusiyanın uduzmağa haqqı yoxdur.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
“Elə həddə çatdıq ki, ki, bu gün məlumatın sadəcə bu və ya digər formada təqdimatı deyil, əsil müharibə gedir. İnformasiya müharibəsi bütün cəbhələrdə qeydə alınır və bizim bu müharibədə uduzmağa haqqımız yoxdur”. Nazir “Zvezda” telekanalının “Hərbi qəbul” proqramının efirində belə deyib.
Bizim.Media