Qazaxıstanın daxili işlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayev bildirib ki, hüquq-mühafizə orqanları ələ keçirilən bütün inzibati binaları azad edib, kommunal xidmətlərin işi bərpa olunur. O, qazaxıstanlıları məcburi məhdudiyyətlərə səbr göstərməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Turqumbayev bu haqda “Xəbər 24” telekanalının efirində danışıb.
"Sizi sakit olmağa, xüsusilə antiterror əməliyyatlarının aparıldığı yerlərdə ehtiyat tədbirlərinə əməl etməyə çağırıram. Təxribatlara uymayın, bütün şübhəli faktları və şəxsləri polisə xəbər verin. Beləliklə, siz hüquq-mühafizə orqanlarına ölkədə qayda-qanun məsələsinin həllində böyük köməklik göstərmiş olacaqsınız”, – deyə o, qeyd edib.
Bizim.Media