“Altıların platforması”: Kim necə reaksiya verir?

Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər Paradındakı çıxışları və ondan sonra keçirdikləri mətbuat konfransında söylədikləri bir sıra fikirlər müxtəlif dairələrdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə, prezidentlərin indi “altıların platforması” adlandırılan əməkdaşlıq modeli barədə irəli sürdükləri fikirlərə maraq çoxdur.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə regional əməkdaşlıq formatının təşəbbüskarı kimi tanınır.

Konkret olaraq, üçtərəfli əməkdaşlığa aid real işləyən formatlar təşkil edib. İndi isə “altılıq” adlanan formatın bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq üçün geniş imkanlar açacağını proqnozlaşdırırlar.

İdeya bundan ibarətdir:

Regional məsələlərin həlli üçün Türkiyə, Rusiya, Azərbaycan, İran, Gürcüstan və konsturktiv davransa Ermənistanın daxil olduğu əməkdaşlıq modeli yaradılsın. İ.Əliyev və R.T.Ərdoğan təşəbbüskar kimi bu modelin həyata keçməsində maraqlıdırlar.

Türkiyə Prezidentinin Bakıdan qayıdanda təyyarədə jurnalistlərə verdiyi açıqlamaya görə, V.Putin də ideyanı dəstəkləyir. Rusiya prezidenti ayrıca Gürcüstan və Ermənistanın da nəzərə alınmasından məmnun qaldığını R.T.Ərdoğan ifadə edib.

Rusiya KİV-də məsələ geniş müzakirə olunur.

RİA Novosti, Rambler.ru, “Vzqlyad”, İA Regnum, Evo-rus.com, FBM.ru, Mos.news. və başqa informasiya saytlarında məsələ ilə bağlı müxtəlif dairələrin münasibəti bildirilib. Münasibətlər fərqlidir.

Məsələn, Rusiya Elmlər Akademiyasının böyük elmi işçisi Mixail Roşin hesab edir ki, Türkiyə və Azərbaycanın təklif etdiyi “altılıq platforması” maraqlıdır, “ancaq hələlik reallaşma ehtimalı azdır”.

Erməni əsilli rusiyalı politoloq G.Mirzayan isə bütövlükdə ideyanı müsbət qiymətləndirir, lakin yenə də “türk təsirini cilovlamaqdan” və kiçik Ermənistanla Gürcüstanın yarada biləcəkləri problemlərdən bəhs edir.

Bunlara baxmayaraq, prezident V.Putinin ideyaya müsbət yanaşmasını ekspertlər daha əhəmiyyətli sayırlar. Rusiya siyasətçiləri arasında da R.T.Ərdoğanın təklifini müsbət qiymətləndirənlər az deyil.

Gürcüstan KİV-də dərc olunan materialların təhlili göstərir ki, bu ölkə ümumilikdə Azərbaycanın təşəbbüs etdiyi layihələrə müsbət yanaşır.

Ayrıca, “altılıq”a bağlı ekspert T.Şaraşenidzenin “Грузия Online” portlaında dərc olunan məqaləsində birbaşa söhbət getməsə də, Azərbaycanın regionda daha da güclənməsinin Gürcüstana da əlavə inkşaf imkanları yaratdığı açıq vurğulanır. Konkret olaraq isə yazılır ki, “yeni əlavə layihələr sayəsində” Gürcüstan Avropa üçün “daha vacib marşruta çevriləcək”.

Rəsmi Tbilisi isə gözlənildiyi kimi, bir qədər ehtiyatlı münasibət bildirib. Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya bu ölkənin Birinci kanalına verdiyi müsahibədə vurğulayıb ki, qonşu və dost Azərbaycan və Türkiyə ilə müxtəlif əməkdaşlıq layihəsində iştirak edirik. “Bizim tərəfdaşlarımızın və dostlarımızın regionda sabitliyi və sülhü təmin etmək cəhdini də başa düşürük” (L.Darasaliya).

Ancaq L.Darasaliya bütün bunlara rəğmən Gürcüstanın Rusiyanın iştirak etdiyi müəmmalı layihələrdə iştirak edə bilmədiyini də deyib. Bunun üçün öncə Moskva beynəlxalq öhdəliklərinə əməl etməlidir. Konkret olaraq, Gürcüstan ərazisindən qoşunlarını çıxarmalıdır. RİA Novosti-nin yazdığına görə, bir sıra ekspertlər bu fikirləri rəsmi Tbilisinin “altıların platofrmasi”nda iştirakdan imtina kimi qiymətləndirirlər.

İran tərəfdən isə hələlik rəsmi olaraq bir reaksiya hiss edilmir.

Ancaq rəsmi Tehranın Türkiyə Prezidentinin Bakıda Araz çayı ilə bağlı söylədiyi şeirə çox emosional və qəribə reaksiya verməsi ekspertlərin diqqətindən yayınmadı. Bu dəfə də Ankaanın təmkinli davranışı anlaşılmazlığı yoluna qoydu. Tərəflər əməkdaşlığı davam etdirmə qərarına gəliblər. Buna baxmayaraq, rəsmi Tehran hələlik R.T.Ərdoğanın “altılıq platforması” təklifinə cavab verməyib.

Nəhayət, Ermənistanın siyasi və ekspert dairələri, KİV Türkiyə prezidentinin əməkdaşlıq təklifinə bir-birindən çox kəskin fərqlənən reaksiya veriblər.

Ermənistan parlamentində kapitulyasıyanı rəsmi qəbul edib Azərbaycan və Türkiyə ilə dialoqa başlamaq təklifi verənlər olub. Baş nazir N.Paşinyan isə son çıxışlarının birində Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağın lazım olduğunu vurğulayıb. O, istefa verməyəcəyini də bəyan edib.

Lakin N.Paşinyan adəti üzrə sözünün üstündə durmur. O, başqa kontekstdə Azərbaycana qarşı qərəzli və düşmən mövqeyi ifadə edən fikirlər səsləndirir.

Erməni ekspert dairəsində isə hələlik şovinizm və birtərəfli yanaşma üstünlük təşkil edir. “Sputnik Armenia”ya müsahibə verən “türkoloq” Mqer Abramyan Ərdoğanın təklifini Ermənistanın qəbul etməyəcəyini bəyan edib. Səbəbi isə odur ki, Türkiyə hələ də öz maraqlarını güdür.

Bunun əlaməti olaraq, bu “türkoloq” Bakıda Ərdoğanın Ənvər Paşa və Nuru Paşanın adını çəkməsini “ciddi arqument” kimi göstərir. Erməni “tükroloq”un qənaəti belədir: Ermənistan silahlanmayı davam etməli, çox güclü ordu yaratmalı və ondan sonra Azərbaycan və Türkiyə ilə diplomatik münasibətləri müzakirə etməlidir.

Bu qısa müqayisələr göstərir ki, Azərbaycan və Türkiyənin birlikdə təklif edikləri yeni əməkdaşlıq formatı dünyada ciddi maraq doğurub.

Region dövlətləri xüsusilə məsələyə həssaslıqla yanaşırlar. Bu ideyanın konkret olaraq nə vaxt reallaşa biləcəyini zaman göstərəcək. Ancaq indidən aydındır ki, Ankara və Bakı müharibəni deyil, inkişafı və əməkdaşlığı düşünürlər!

Əsas olanı budur!

Bizim.Media 

                                                 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Qonşu ölkədə benzin BAHALAŞDI

Qonşu ölkədə benzin BAHALAŞDI

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Brilliant Dadaşova nənə OLDU - FOTO

Brilliant Dadaşova nənə OLDU - FOTO

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

Xalq artistinin qızı evləndi – VİDEO

Xalq artistinin qızı evləndi – VİDEO

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Bakı məktəbində daha bir HADİSƏ: 7-ci sinif şagirdi özünə xəsarət yetirdi - TƏFƏRRÜAT/VİDEO

Bakı məktəbində daha bir HADİSƏ: 7-ci sinif şagirdi özünə xəsarət yetirdi - TƏFƏRRÜAT/VİDEO

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Türkiyədən 1915-ci il olayları ilə bağlı AÇIQLAMA

Türkiyədən 1915-ci il olayları ilə bağlı AÇIQLAMA

“Hamıya dedim ki, Gülay səhnəyə oradan-buradan düşməyəcək” - EKSKLÜZİV/VİDEO

“Hamıya dedim ki, Gülay səhnəyə oradan-buradan düşməyəcək” - EKSKLÜZİV/VİDEO

End of content

No more pages to load

RADİO