Şahmat üzrə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen Varşavada keçirilən sürətli şahmat üzrə dünya çempionatında (hər oyun 15 dəqiqə, hər gediş 10 saniyə) özbəkistanlı 17 yaşlı qrossmeyster Nodirbek Abdusattorova uduzub.
Bizim.Media xəbər verir ki, özbək şahmatçı ikinci yarış günündən sonra liderlik edən dünyanın ən güclü şahmatçısını sensasiyalı şəkildə məğlub edib. Yeri gəlmişəkən, norveçli ağ fiqurlarla çıxış edib.
Abdusattorov səkkiz xalla dünya çempionu olub.
Bizim.Media