Aprelin 28-də ABŞ Prezidenti Donald Tramp Britaniya monarxı III Çarlzın ünvanına bir neçə dəfə zarafat edib və Böyük Britaniyanı "kiçik krallıq" kimi xarakterizə edib.
Bizim.Media xəbər verir ki, bu barədə “rnti.ru” yazır.
Qeyd olunub ki, Ağ Evdə Britaniya kral ailəsinin təntənəli qarşılanma mərasimindəki çıxışının əvvəlində Tramp III Çarlzın ləhcəsi (aksenti) barədə də ironiya ilə danışıb.
"Siz hamını gözəl ləhcənizə həsəd aparmağa məcbur edəcək bir nitq söyləmək üçün Konqresə yollanacaqsınız", - deyə ABŞ prezidenti bildirib.
Daha sonra, ABŞ və Böyük Britaniya arasındakı tarixi münasibətlərdən bəhs edərkən, prezident krallığı "balaca" adlandırıb. O, həmçinin anasının gələcək krala, o zamanlar hələ Şahzadə Çarlz olan şəxsə aşiq olduğunu xatırladıb.
"Gənc Çarlza baxın, o çox sevimlidir. Mənim anam Çarlza aşiq idi, buna inana bilirsiniz?" — deyən Tramp gülüşə səbəb olub.
Tramp çıxışında Britaniya hakimiyyətinin ABŞ hərbçilərinin və İsrailin İrana qarşı əməliyyatlarına dəstək verməməsi ilə bağlı mövcud fikir ayrılıqlarına toxunmadan, Vaşinqton və London arasındakı möhkəm əlaqələrin uzun müddət qorunub saxlanacağına əminliyini ifadə edib.
Bizim.Media