Hazırda İranda altı hava limanı fəaliyyət göstərir: Mehrabad, Məşhəd, Şiraz, Zahedan, Qorqan və Urmiya.
Bizim.Media xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat verib.
Agentliyin İranın Hava Limanları və Aeronaviqasiya Şirkətinin hesabatına istinadən verdiyi məlumata görə, Kirman (Ayətullah Haşimi Rəfsancani adına), Yezd və Bircənd hava limanlarından uçuşlar növbəti mərhələdə başlayacaq.
Məlumata əsasən, ölkənin hava məkanında, daxili və beynəlxalq reyslərdə təhlükəsiz şəraitin təmin edilməsi tədricən gücləndiriləcək və ölkənin şərq hava məkanında da İran səması üzərindən keçən uçuşlar müşahidə olunacaq.
Bizim.Media