Diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Donald Trampa MÜRACİƏT ETDİ

Diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Donald Trampa müraciət edib

Bizim.Media xəbər verir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar milli maraqlar və tarixi həqiqətlərlə bağlı məsələlərdə hər zaman fəallıq nümayiş etdirərək prinsipial mövqe sərgiləyiblər.

ABŞ-nin Nyu York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında Azərbaycan əleyhinə səsləndirdiyi əsassız və qərəzli fikirlər diasporumuzun etirazı ilə qarşılanıb.

Kanadada fəaliyyət göstərən Hamilton Azərbaycan Cəmiyyəti, Kanada Azərbaycan Evi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, “Az Media” Media qrupu, eləcə də İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Nyu York merinin iddialarının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu vurğulayaraq ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar.
 

Məktublarda Nyu York merinin Azərbaycan xalqına qarşı səsləndirdiyi ittihamlarla bağlı ciddi narahatlıq ifadə edilib.


Qeyd olunub ki, ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmalar konstruktiv prosesə mənfi təsir göstərə bilər.

Eyni zamanda vurğulanıb ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli əhaliyə reinteqrasiya çərçivəsində bərabər hüquqlar və təhlükəsizlik təminatları təklif olunub, onların sosial-iqtisadi həyata inteqrasiyası üçün konkret addımlar atılıb. Mülki şəxslərə qarşı etnik zəmində hər hansı zorakılıq faktı qeydə alınmayıb və bu istiqamətdə beynəlxalq hüququn prinsiplərinə uyğun davranış sərgilənib.

Məktublarda, həmçinin Xocalı faciəsinin ağır nəticələri xatırladılaraq, bu hadisəyə hələ də beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilmədiyi diqqətə çatdırılıb.

Məktublarda Donald Trampdan Azərbaycan xalqına qarşı səsləndirilən əsassız ittihamlarla bağlı məsələyə diqqət yetirilməsi xahiş olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

End of content

No more pages to load

RADİO