Böyük Britaniyanın Baş naziri Boris Conson yanvar ayında Hindistana səfər edəcək.
Bizim.Media-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Qeyd edilib ki, B. Consonun Baş nazir kimi Hindistana ilk səfəri olacaq.
Səfərin məqsədi iki ölkə arasında ticarət, investisiya əlaqələrini və iqlim dəyişikliyi mövzusunda birgə əməkdaşlığı gücləndirməkdir.
B. Conson Hindistanda Respublika Günü paradına da qatılacaq.
Qeyd edək ki, baş nazir Hindistanın Sakit okean regionunda əsas oyunçu olaraq Birləşmiş Krallıq üçün getdikcə əvəzolunmaz bir tərəfdaşa çevrildiyini söyləyib.
Bizim.Media