Rəsmi Bakıdan “Google maps”a MÜRACİƏT - "Bu dəyişiklik yolverilməzdir"

“Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsi rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb. Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Xarici Nazirliyinin Mətbuat xidməti yayıb.
 

Mənbə qeyd edir ki, bu ilin may ayında nazirlik tərəfindən BMT-nin Coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edilib:


“Bu hesabatda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahını, habelə Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən edilmiş 125 coğrafi obyektin adını özündə ehtiva edir.

BMT-nin Coğrafi adların Standartlaşdırılması üzrə Konfransları çərçivəsində qəbul edilmiş qətnamələrə görə hər hansı bir dövlətin səlahiyyətli dövlət qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir və bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz.
 

“Google maps” platformasına gəldikdə onu da qeyd etmək istərdik ki, bu tətbiq istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir.


Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət qurumlarının mövzu ilə bağll fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir.

Hazırda məsələ diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Antalyada meşə yanğını başladı

Antalyada meşə yanğını başladı

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Britaniyada sərnişin qatarı relsdən çıxdı

Britaniyada sərnişin qatarı relsdən çıxdı

Xocavənddə güclü yanğın başladı

Xocavənddə güclü yanğın başladı

Putin Ukrayna PUA-larından qorunmaq üçün zirehli qatardan istifadə edir

Putin Ukrayna PUA-larından qorunmaq üçün zirehli qatardan istifadə edir

İran TRIPP layihəsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi

İran TRIPP layihəsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi

Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

ABŞ-da 100 min dollarlıq saxta nikah sxemi ifşa edildi

ABŞ-da 100 min dollarlıq saxta nikah sxemi ifşa edildi

4-cü qrupda bu ixtisaslarda ballar artacaq

4-cü qrupda bu ixtisaslarda ballar artacaq

The Economist: Qərb Talibanla danışıqlar aparmağa məcbur olacaq

The Economist: Qərb Talibanla danışıqlar aparmağa məcbur olacaq

"Ulduz" metrosunun qarşısındakı yolda tikinti işləri davam etdirilir - VİDEO

"Ulduz" metrosunun qarşısındakı yolda tikinti işləri davam etdirilir - VİDEO

Lənkəranın kənd və qəsəbələrində yanğınlar olub

Lənkəranın kənd və qəsəbələrində yanğınlar olub

Biləsuvarda qətli 16 yaşlı yeniyetmə törədibmiş - TUTULDU

Biləsuvarda qətli 16 yaşlı yeniyetmə törədibmiş - TUTULDU

End of content

No more pages to load

RADİO