Dövlət katibi: "ABŞ Azərbaycanla əməkdaşlıqdan razıdır" - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb.

Bizim.Media Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

C.Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov GUAM-a üzv dövlətlərin XİN başçılarının iclasında çıxış etdi - GÖRÜŞÜN DETALLARI


Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm mühüm neft-qaz layihələrinin təşəbbüskarı və icraçısı olduğu, həm də Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm faktor kimi çıxış etdiyi qeyd olunub.

ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycanın Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.

Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sülhə və təhlükəsizliyə təhdid və maneə törədən bir sıra hallarla mübarizədə Azərbaycanın rolu vurğulanıb.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTOLAR

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTOLAR

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü - FOTO

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü - FOTO

Milli Qəhrəman Xankəndidə restoran açır

Milli Qəhrəman Xankəndidə restoran açır

Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü belə qeyd etdilər - FOTO/VİDEO

Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü belə qeyd etdilər - FOTO/VİDEO

Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti MÜSABİQƏ elan edilib

Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti MÜSABİQƏ elan edilib

“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

Kral Çarlzın fransız dili ilə bağlı zarafatına Makrondan REAKSİYA – FOTO

Kral Çarlzın fransız dili ilə bağlı zarafatına Makrondan REAKSİYA – FOTO

12 illik dövr başa çatır: 3 BÜRC üçün var-dövlətin qapıları açılır

12 illik dövr başa çatır: 3 BÜRC üçün var-dövlətin qapıları açılır

Sumqayıtda SU KƏSİLƏCƏK

Sumqayıtda SU KƏSİLƏCƏK

“Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR

“Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR

Qalibaf Şah Abbasın tarixi uğurundan yazdı – FOTO

Qalibaf Şah Abbasın tarixi uğurundan yazdı – FOTO

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - FOTO

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - FOTO

Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

Kosmosdan zəlzələ riskini aşkarlayan platforma hazırlandı – FOTO

Kosmosdan zəlzələ riskini aşkarlayan platforma hazırlandı – FOTO

Prezidentin çempion güləşçilərimizlə görüşündən VİDEO

Prezidentin çempion güləşçilərimizlə görüşündən VİDEO

ADNSU və Vorvik Universitetinin ikili diplom proqramının İLK MƏZUNLARI – Buraxılış mərasimindən VİDEOREPORTAJ

ADNSU və Vorvik Universitetinin ikili diplom proqramının İLK MƏZUNLARI – Buraxılış mərasimindən VİDEOREPORTAJ

Çörək bahalaşacaq? – RƏSMİ AÇIQLAMA

Çörək bahalaşacaq? – RƏSMİ AÇIQLAMA

Abituriyentlərin DİQQƏTİNƏ - Yeni esse tapşırığının balı belə hesablanacaq – RƏSMİ

Abituriyentlərin DİQQƏTİNƏ - Yeni esse tapşırığının balı belə hesablanacaq – RƏSMİ

Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü – VİDEO

Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü – VİDEO

Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - FOTO

Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Nəriman oynadı, komandası qalib gəldi - VİDEO

Nəriman oynadı, komandası qalib gəldi - VİDEO

Xalq artistinin arxiv görüntülərini paylaşıb, ad gününü təbrik etdi – FOTO

Xalq artistinin arxiv görüntülərini paylaşıb, ad gününü təbrik etdi – FOTO

End of content

No more pages to load

RADİO